Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1186/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4, tələbkar “xxxx” KB ASC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1508/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(007)-4057/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)- 1756/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-6432/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-6772/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-7062/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-1685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru T.S.Ağayev tərəfindən xx.xx.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1508/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 19759,98 manatın və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 19 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” KB ASC-yə ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6432/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs “Soliton” LTD-nin xeyrinə 3540 manat manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4057/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 14000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ay Sıddıka ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1846,12 manat məbləğində borcun tutularaq “xxxx” MMC-yə ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4610 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1756/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8266,91 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədləri icraata qəbul edildikdən sonra icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun ünvanına göndərilmişdir. Borclu Şəxs icra sənədlərini icra etməkdən yayınmış, icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Borclu Şəxs onun çağırışlarına gəlməkdən yayındığı üçün barəsində axtarış elan edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, mebel satışı ilə məşğul olmuş, Çin Xalq Respublikasından mebel idxal etmişdir. Devalvasiya ilə əlaqədar iflas etmişdir. Bundan sonra pandemiya ilə əlaqədar işləyə bilməmişdir. Ay Sıddıka və “xxxx” MMC-yə olan borclardan başqa digər borclarla razıdır. İcra sənədlərini icra etməkdən boyun qaçırmır, maddi imkanı olmadığı üçün borclarını ödəyə bilməmişdir. Covid virusuna yoluxmuşdur, yüksək təzyiq xəstəsidir. Təzəlikcə işləməyə başlamışdır. 2021-ci ilin yanvar ayında “xxxx” KB ASC-yə olan borcundan ödəniş etmişdir. Hal-hazırda borcundan 200 manat ödəməyə hazırdır və hər ay da 200 manat ödəyə bilər. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar “xxxx” KB ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1508/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs “xxxx” KB ASC-nin xeyrinə 19759,98 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 19 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Borclu Şəxs icra sənədini icra etməkdən qəsdən yayınır. Borclu icra sənədi üzrə bu günə qədər heç bir ödəniş etməmişdir. Borclunun 200 manat ödəməsi ilə bağlı təklifi ilə razı deyildir. Məhkəmədən qanuni, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkarlar “Soliton” LTD-nin, “xxxx” MMC-nin, “xxxx” MMC-nin, “xxxx” ASC-nin nümayəndələri və Ay Sıddık məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1508/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Şəxs “xxxx” KB ASC-nin xeyrinə əsas borc qismində 16273,86 manatın, faiz borcu qismində 3483,12 manatın, cərimə borcu qismində 200 manatın, cəmi 19759,98 manatın, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 19 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. - tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1508/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1508/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6432/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs “Soliton” LTD-nin xeyrinə 3540 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə əmr verilmişdir. - icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6432/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1508/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4057/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, xx xxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 14000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Şəxs alınaraq Ay Sıddıka ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4057/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4057/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7062/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 1826,12 manat abunə haqqının və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 1846,12 manat məbləğində borcun tutularaq “xxxx” MMC-yə verilməsi barədə əmr verilmişdir. - icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1685/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 4610 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutularaq “xxxx” MMC-yə verilməsi barədə əmr verilmişdir. - icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1756/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 6226,14 manat əsas, 2040,77 manat faiz, cəmi 8266,91 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə əmr verilmişdir. - icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1756/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1756/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - bir neçə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Tahir Ağayev tərəfindən qəbul edilmiş borclunun axtarışı haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə x xxx 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1186/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1186/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver