Məhkəmə qərarları › İş №3(007)-120/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-120/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-120/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 nümayəndəsi X5 iştirakı ilə, Şəxs, ünvan 1 mənzil 102 ünvanında qeydiyyatda olan barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 daxil olmuş inzibati xəta haqqında materiala, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən Dövlət Ekspertiza İdarəsinin xx xxxx 2019-cu il tarixli, 22/1740 saylı rəyinin tələblərinə əməl olunmaması, yaşıllığın götürülmə vərəqi və qərarı olmadan yaşıllıqların götürülməsi faktı aşkar edilmişdir. Buna görə xx xxxxxx 2020-ci il tarixdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili X2 göstərdi ki, qeyd olunan inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə qanunsuzdur. Belə ki, ünvan 2 ünvanında yerləşən yaşıllıqların götürülməsi Şəxs MMC tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra olunmuşdur. MMC tərəfindən hər hansı ağac və ya yaşıllıq kəsilməmişdir, hətta MMC tərəfindən İcra Hakimiyyəti orqanına müraciət edilmişdir ki, ağacların kəsilməsi barədə rəy verilməsi məsələsi həll edilsin. Bununla da, həm qeydə olunan ərazidəki köhnə tikililər, həm də də zədələnmiş yaşıllıq sahəsi, ümumilikdə icra hakimiyyəti tərəfindən icra olunmuşdur. Buna görə də E.Ə.Məhərrəmov Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvanında yerləşən yaşıllıqların götürülməsi icra hakimiyyəti tərəfindən həyata keçirilsə də, həmin ünvanda bina tikilməsi Şəxs tərəfindən icra edildiyindən, idarə tərəfindən MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də, o, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkilini və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Dövlət Ekspertiza İdarəsinin xx xxxx 2019-cu il tarixli, 22/1740 saylı rəyinin tələblərinə əməl olunmaması, yaşıllığın götürülmə vərəqi və qərarı olmadan yaşıllıqların götürülməsi faktı aşkar edilmiş və buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsinə əsasən, yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Lakin iş materiallarında olan və məhkəmə araşdırması ilə tədqiq edilmiş sənədlərdən, habelə məhkəmə iclasında verilmiş izahatlardan da görünür ki, sözügedən xətanın Şəxs tərəfindən törədilməsi sübuta yetirilmir. Bundan əlavə, iş materiallarında olan xx xxxxx 2018-ci il tarixli məktubdan görünür, Şəxs direktoru tərəfindən qeyd olunan ərazidə söküntünün və baş verən proseslərin ağaclara, kollara ziyan vurması barədə xəbərdarlıq edilməklə, buna görə də MMC-nin məsuliyyət daşımadığı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına, habelə Bakı şəhər icra hakimiyyətinin yaşıllaşdırma təsərrüfatı birliyinə məlumat verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən çəkilmiş və iş materialarına əlavə edilmiş fotoşəkillərdən qeyd olunan ərazidə tikinti işlərinin aparıldığı və müxtəlif ağacların kəsildiyi müəyyən edilsə də, həmin ərazidə ağacların məhz Şəxs tərəfindən kəsilməsi əks olunmur. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 əməkdaşları həmin ərazidə müxtəlif ağacların kəsildiyini, yəni inzibati xətanın törədildiyini aşkar etdikdən sonra inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin müəyyən edilməsi zərurəti ilə əlaqədar araşdırma aparmalı olduğu halda, ağacların məhz Şəxs tərəfindən kəsildiyi qənaətinə gələrək, sonuncu barədə inzibati xəta haqqında protokol tərtib etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar