Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1202/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs QSC-nin barəsində Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC mülkiyyətində olan “Mitsubişhi” minik markalı ** AV *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq naməlum səbəblərdən inzibati orqanın və hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Tərəflərin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edimişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb hesab edir ki, Şəxs QSC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş bildirişdən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin inzibati təcrübə üzrə inspektoru polis mayoru X2 tərəfindən Şəxs QSC-yə ünvanlanmış sorğunun nəvaxt göndərilməsi barədə bildirişdə heç bir tarix qeyd olunmamışdır. Bundan başqa, materiala əlavə olunmuş poçt xəbərnamələrinin surətindən görünür ki, xəbərnamədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğunu qəbul etmiş (soyadı və imzası qeyd olunmuş) şəxsin Şəxs QSC-nin əməkdaşı olduğunu müəyyən etmək mümkün deyil. Göründüyü kimi, inzibati orqanın müvafiq sorğusunun hüquqi şəxsə rəsmi qaydada təqdim olunması və rəsmi qaydada qəbul edilməsi faktı təsdiq olunmur və məhkəmə baxışı zamanı da həmin faktı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs QSC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 369.3-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1202/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1202/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver