Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1206/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X1, onun vəkili Nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 2ında yerləşən Şəxs MMC-nin rəhbəri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi (icra məmuru Zaur Həmzəyev ) tərəfindən Şəxs MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli 2(007)-125/2022 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-359/2021 saylı, xx.xx.2022-ci il tarixli 2(103)- 3390/2022 saylı icra sənədləri üzrə 112090 manat məbləğində pul vəsaiti Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olduğu halda, MMC icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Borclu tərəfindən icra sənədləri üzrsüz səbəbdən icra olunmadığından Şəxs MMC-nin rəhbəri X3 barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında borclu Şəxs MMC-nin rəhbəri X1 vəkili Nümayəndə izahatında bildirdi ki, icra sənədlərində qeyd olunan məbləğin Şəxs MMC tərəfindən birdəfəlik ödənilməsi hal-hazırda mümkün deyildir. Belə ki, şirkətə məxsus bank hesablarında hər hansı pul vəsaiti, şirkətin adına daşınar və ya daşınmaz əmlak mövcud deyildir. Bundan əlavə, MMC-nin bank hesablarına inkasso qoyulmuşdur. Bununla belə, Şəxs MMC-nin rəhbəri Zeynal Zeynalov qətnamələrin icrasından boyun qaçırmır. İcra sənədlərinin icrası ilə əlaqədar Şəxs MMC tərəfindən tələbkara xx.xx.2023-cü il tarixində 2000 manat məbləğində, xx.xx.2023-cü il tarixində isə 3000 manat məbləğində ödənişlər edilmişdir. Həmçinin qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaklarla bağlı mübahisə müqavilələrdə təhvil verilməli olan daşınmaz əmlakların yerləşdiyi mərtəbənin 1-ci, yoxsa mənfi 1-ci mərtəbə olması ilə bağlı yaranmışdır ki, bu barədə də hal-hazırda məhkəmənin icraatında mülki iş vardır. Hüquqlarını müdafiə etdiyi Zeynal Zeynalov icra sənədlərinin qısa müddətdə icra olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirəcəkdir. Göstərilən halların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 eyni məzmunlu izahat verərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil bildirdi ki, barəsində inzibati xətaya dair iş üzrə protokol tərtib olunmuş X3 Şəxs MMC-nin direktoru qismində cəlb olunsa da, qeyd olunan məsələ ilə bağlı məsul şəxs deyildir. Belə ki, onun şirkətin direktoru kimi qeyd olunması yalnız formal xarakter daşıyır. Həmçinin bildirdi ki, hazırkı iş üzrə qanuni qüvvəyə minmiş bir neçə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, borclu MMC tərəfindən həmin qətnamələr icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu icra vərəqələrində göstərilmiş tələblər üzrə xəbərdar edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borcluya məxsus bank hesablarında vəsaiti, daşınar və ya daşınmaz əmlakı, yəni borclunun tutmanın yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Borclu Şəxs tərəfindən iki dəfə ödənişlər olunmuş, lakin tam ödəniş edilməmişdir. Qeyd olunan səbəbdən Şəxs MMC-nin rəhbəri X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfləri və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-359/2021 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs MMC arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanılmış 05 avqust 2016-cı il tarixli 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli öhdəliklərin və hüquqların alqı-satqısı müqavilələri üzrə Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən yeni inşa edilmiş binanın birinci mərtəbəsində 64 kv.m ümumi sahəsi olan Q/Y A-3 saylı, 91,1 kv.m ümumi sahəsi olan Q/Y A-2 saylı və 78,5 kv.m ümumi sahəsi olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahələrinin tam təmirli şəkildə Zərərçəkmiş şəxs təhvil verilməsi Şəxs MMC-yə həvalə edilmişdir. Həmçinin iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs MMC arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanılmış 05 avqust 2016-cı il tarixli 3M-410, 3M- 411, 3M-412 reyestr nömrəli öhdəliklərin və hüquqların alqı-satqısı müqaviləri üzrə hər ay 500 manat olmaqla səkkiz aylıq kirayə haqqı, yəni hər müqavilə üzrə 4000 manat olmaqla, üç müqavilə üzrə cəmi 12000 manat və iddia ərizəsi verilərkən dövlət rüsumuna görə ödənilmiş 30 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3390/2022 saylı icra sənədinə əsasən 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 3 ünvanında tikilmiş binanın 1 C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə iddiaçı Zərərçəkmiş şəxs təhvil verilməsi cavabdeh Şəxs MMC-yə həvalə edilmiş, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 manat, 6 ay üçün 9000 manat pul cavabdeh Şəxs MMCdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(007)-39/2022 saylı icra vərəqəsinə əsasən “Vesta Construction" MMC-dən xx.xx.2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi üzrə ünvan 3 ünvanında yerləşən binanın 1-C-1 blokunda yerləşən 290 kv.m qeyri-yaşayış sahəsi üçün 37 ay ödənilməmiş 55000 manat məbləğində icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(007)-125/2022 saylı icra vərəqəsinə əsasən “Vesta Construction" MMC-dən 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi üzrə ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Q/Y 1-B-2 saylı, 78,5 m2 ümumi sahəsi olan mağaza üçün 24 ay üçün ödənilməmiş icarə haqqı 12000 manat, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Q/Y A-2 saylı, 64 kv.m ümumi sahəsi olan mağaza üçün 24 ay üçün ödənilməmiş icarə haqqı 12000 manat, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Q/Y A-3 saylı, 91,1 m2 ümumi sahəsi olan mağaza üçün 24 ay üçün ödənilməmiş icarə haqqı 12000 manat olmaqla ümumilikdə 3 mağaza üçün 36000 manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan ödəmə qəbzlərindən görünür ki, borclu Şəxs MMC tərəfindən tələbkara xx.xx.2023-cü il tarixində 2000 manat, xx.xx.2023-cü il tarixində isə 3000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, icra sənədləri icra qurumunun icraatında olduğu dövrdə borclu Şəxs MMC-nin bank hesabında pul vəsaiti, habelə mülkiyyətində daşınar və daşınmaz əmlaklar olmamışdır. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra məmuru tərəfindən borclunun əmlakı və gəliri barədə sorğular verilmiş, lakin cavablarda əmlak və bank hesablarında vəsaitin olmadığı qeyd edilmişdir. Qeyd olunan sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, borclu Şəxs MMC-nin rəhbəri X1 əməlində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Toplanılmış materiallardan, icra işi materiallarından, izahatlardan görünür ki, borclu icra sənədini icra etməkdən yayınmır, icra sənədində göstərilən borcu ödəmək niyyətindədir. Beləliklə, borc tam şəkildə ödənilməsə də, qeyd edilən halın olması şəxsin əməlində icra sənədinin üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun tələbi ödəmək iqtidarında olması, lakin ödəməməsi, tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlakın olması, lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzrsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması, lakin konkret üzrsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından, Şəxs MMC-nin rəhbəri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1206/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1206/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver