Məhkəmə qərarları › İş №3(007)-1207/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1207/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1207/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, xx xxxxxx 1960-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 29, mənzil 48də qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 11 fevral 2022-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan “VAZ 2102” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil 2013-cü ildə onun adına alınmış, alan şəxsə dərhal da həmin avtomobillə bağlı uzunmüddətli etibarnamə vermişdir. Bir neçə il əvvəl isə ona məlum olmuşdur ki, qeyd olunan “VAZ 2102” markalı avtomobil “metallom”a verilmişdir, yəni həmin avtomobil mövcud deyildir. Buna baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanı “VAZ 2106” markalı avtomobilin üzərinə taxılaraq istifadə edilir. Hazırda baxılan iş üzrə elektron qərara sübut qismində əlavə olunmuş kamera görüntüsü ilə bu hal öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 11 fevral 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli elektron qərardan görünür ki, X2 11 fevral 2022-ci il tarixdə saat 17:29:40-da “VAZ 2102 minik” markalı **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə, sübut qismində əlavə olunmuş EP2711364 nömrəli kamera görüntüsündən (fotoşəkil) görünür ki, 11 fevral 2022-ci il tarixdə saat 17:29:40-da “VAZ 2102 minik” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəta törətdiyi qeydə alınsa da, üzərində **-SD-*** dövlət qeydiyyat nişanı yerləşdirilmiş avtomobil “VAZ 2102 minik” markalı deyil, “VAZ 2106 minik” markalıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 mülkiyyətçisi olduğu “VAZ 2102 minik” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11 fevral 2022-ci il tarixdə saat 17:29:40-da xəta törətdiyi qeydə alınsa da, üzərində **-SD-*** dövlət qeydiyyat nişanı yerləşdirilmiş avtomobil “VAZ 2102 minik” markalı deyil, “VAZ 2106 minik” markalı olmuşdur, yəni sözügedən dövlət qeydiyyat nişanı nəqliyyat vasitələrinin reyestrini aparan Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınmadan, qanunsuz olaraq “VAZ 2106 minik” markalı avtomobilin üzərində yerləşdirilərək idarə olunmuş, “VAZ 2106 minik” markalı avtomobili idarə edən şəxs tərəfindən törədilən inzibati xətaya görə isə bir neçə il əvvəldən dəmir yığımı yerinə (metalloma) verilmiş “VAZ 2106 minik” markalı avtomobilin mülkiyyətçisi X1 barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış, onun yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib olunmuş və mahiyyəti üzrə baxılmaıs üçün məhkəməyə göndərilmişdir. Sözügedən maddənin tələbinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 11 fevral 2022-ci il tarixdə “VAZ 2102 minik” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə törədilməsi ehtimal edilən inzibati xəta, faktiki olaraq sahibi və istifadəçisi məlum olmayan, üzərinə qanunsuz olaraq **-SD-*** dövlət qeydiyyat nişanı yerləşdirilmiş “VAZ 2106 minik” markalı avtomobil tərəfindən törədilmişdir, ona görə X1, onun barəsində qəbul edilmiş 11 fevral 2022-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanuni əsaslar olmamışdır, o, həmin əmələ görə inzibati qaydada təqsirli bilinərək tənbeh edilə bilməz, əməlində inzibati xəta tərkibi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar