Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1222/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Qərarından şikayət verilən Bakı şəhəri, BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şikayətçi – X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixli EQ 24580393 saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində qeyd etmişdir ki, onun barəsində Bakı Şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə xx.xx.2024-cii il tarixli, HQ24580393 nömrəli protokol tərtib olunmuşdur. Sözügedən protokol əsasında qəbul edilən xx.xx.2024-cü il tarixli qərara əsasən X5 90 (doxsan) manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq sürücünün Heydər Əliyev prospekti, Asma körpü ünvanında məlumatvericigöstərici nişanın (5.9, 5.10.1-5.10.3) tələbinə riayət etməyərək sürücünün avtobus nəqliyyat vasitələri üçün ayrılmış zolaq üzrə hərəkət etməsi göstərilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24580393 nömrəli protokol əsasında qəbul edilən xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki: İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-1-ci maddəsinə əsasən "X9" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görəyüz manat məbləğində cərimə edilir ”. “X9” Qanunun 61-ci maddəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatvericigöstərici, servis, əlavə məlumat. Həmin Qanunun 66-cı maddəsində əsasən məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Qanunun tələbindən aydın olur ki, mahiyyət etibarilə 5.9, 5.10.1- 5.10.3 nişanlarının istifadəsində məqsəd sadəcə sürücünü yol hərəkətinin rejimi barədə məlumatlandırmaqdan ibarətdir. Qadağan və ya məcburi hərəkət istiqaməti nişanlarından fərqli olaraq 5.9, 5.10.1- 5.10.3 nişanı sürücünün həmin yolda hərəkətini qadağan etməyərək dispozitiv xarakter daşıyır və sürücüyə digər zolaq üzrə hərəkət etməyin üstünlüyünü bildirir ki, bu da özlüyündə inzibati xəta hadisəsinin mövcudluğunu istisna edir. Həmçinin qadağan edici nişanlar dairəvi formada olduğu halda, 5.9 nişanı lıolə də kvadrat formada (məlumatverici- göstərici nişanlar kvadrat formada olur) qalmaqdadır. Məlumatverici-göstərici nişan formasında olan 5.9 nişanı qadağan edici nişanlar kateqoriyasına aid edilir və onun forması dəyişdirilmirsə burada sürücünün hansı təqsirindən söhbət gedə bilər? Beləliklə, məlumatverici-göstərici nişan formalı (kvadrat) bir nişanın qadağan edici nişan kateqoriyasın aid edilməsi və formasının dəyişdirilməməsi normalar arasında ziddiyyət olduğunun göstəricisidir. Dolayısı ilə belə bir ziddiyət vətəndaşın xeyrinə həll olunmalıdır. Çünki yaranmış bu hal əsassız cərimələrin tətbiq olunmasına, son nəticədə ədalətsizliyə səbəb olmaqdadır. İnzibati Xətalar Məcəlləsinin 12ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırki məsələyə münasibətdə deyə bilərik ki, dispozitiv xarakterli nişanın tələbinə riayət edib-etməmək sürücünün şəxsi seçimidir, burada hansısa hüquqazidd və ya təqsirli sayılan əməldən, dolayısı ilə inzibati xətadan söhbət gedə bilməz, əksinə bu səbəbdən şəxsi inzibati məsuliyyətə cəlb etməklə qanunvericiliyin əsas və prinsipləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda məlumatverici nişanın tələbinə riayət edilməməsinin inzibati tənbeh tətbiq edilməsinə əsas olaraq göstərilməsi konstitusion prinsiplərlə ziddiyyət təşkil edir. “X9” qanunun 9-cu maddəsinin İX hissəsinə əsasən "Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur. “Yol nişanları və siqnalları” haqqında Konvensiyanın 6.4-cü maddəsinin a bəndinə əsasən “nişanlar elə yerləşdirilməlidir ki, onlar hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın, yol çiynində isə piyadaların hərəkətinə mümkün qədər az mane olsun. Nişanın quraşdırıldığı tərəfdə yol səthindən onun aşağı kənarına qədər olan məsafə imkan daxilində eyni yolda yerləşdirilmiş eyni kateqoriyaya daxil olan nişanlar üçün bərabər olmalıdır “Yol nişanları və siqnalları” haqqında Konvensiyanın 6.4-cü maddəsinin bəndinə əsasən "nişanın ölçüləri onun uzaq məsafədən yaxşı görünüşünü və ona yaxınlaşdıqda aydın başa düşülməsini təmin etməlidir; nişanların ölçüləri bu bəndin c) yarımbəndində nəzərdə tutulmuş qeyd nəzərə alınmaqla nəqliyyat vasitələrinin normal hərəkət sürətinə müvafiq olaraq müəyyən edilir. Hətta 5.9 nişanı qadağan edici nişan kateqoriyasına aid edilsə belə( hərçənd qeyd etdiyimiz kimi ziddiyət mövcuddur), hazırki iş üzrə qoşma kimi əlavə edilmiş fotoşəkillərə diqqət etdikdə yol nişanının düzgün yerləşdirilmədiyi, həmin nişanın onun ön hissəsində yerləşən dirək səbəbindən sürücünün baxış bucağına daxil olmur. Məhz yalnız sürücü həmin körpü istiqamətində irəlilədikdən sonra 5.9 nişanını görmə imkanına malik olur. Lakin sürücü hərəkət etdikdən sonra həmin yolun avtobus nəqliyyat vasitələri üçün ayrıldığını anlamış olsa da, hər şey üçün gec olur. Belə ki, yuxarıda qeyd etdiyimiz Konvensiyadan da göründüyü kimi, nişanlar yerləşdirilərkən sürücünün hərəkətinə mane olmamalı, aydın başa düşülməlidir. Lakin hazırki iş üzrə qeyd etdiyimiz faktlardan da göründüyü kimi, Heydər Əliyev prospekti. Asma körpü ünvamndakı 5.9 nişanı bu tələblərə cavab vermir və bu nişanların düzgün yerləşdirilməsində Bakı Şəhər Baş Polis İdarəsi birbaşa məsuliyyət daşıyır. Dolayısı ilə, inzibati orqanın səhlənkarlığı üzündən vətəndaşa zərər dəyməsi və hətta buna görə inzibati məsuliyyətinin yaranması inzibati orqanların fəaliyyət məqsədinə ziddir. Çünki inzibati orqanların əsas məqsədi vətəndaşa qanuni şəkildə xidmət etməkdir, ona problem yaratmaq deyildir. AR Konstitusiyasının 71-ci maddəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53cü maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 126 və 135-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edəbilər. İnzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd 1: Məhkəmə işi ilə bağlı bildiriş və sənədlərin yuxanda qeyd olunan faktiki olaraq yaşadığım ünvana göndərilməsini xahiş edirik. Qevd 2: AR İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir...” Buna baxmayaraq, polis əməkdaşları tərəfindən tərtib olunan protokol və inzibati tənbeh vermə haqqında qərar hələ do barəsində protokol tərtib edilmiş şəxsin özünə təqdim edilməmişdir. Bu da onun vətəndaş kimi onun məhkəməyə müraciət etmək hüququnun əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olur. Xahiş edirik ki, bu xüsusatı da nəzərə alasınız. Yuxarıda qeyd olunanlara əsasən X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24580393 nömrəli protokol əsasında qəbul edilən xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirdi ki, şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkilllərə baxış keçirilərkən şəxsin qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmış olur. Belə ki, sürücü X5 idarə etdiyi ** MC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən Asma körpüdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməsi öz əksini tapır. Həmçinin qeyd olunan 5.9 yol nişanının dairə formasında deyil, kvadrat formasında əks olunması onun qadağanedici xarakter daşıması mahiyyətini dəyişmiş olmur. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərarına əsasən X5 xx.xx.2024 cü il tarixdə saat 10:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və şikayətçi tərəfindən təqdim edilmiş fotomateriala əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Belə ki, sürücü X3 idarə etdiyi ** MC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən Asma körpüdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməsi fotoşəkillərə baxış keçirilərkən sübut olunmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sürücü tərəfindən qeyd olunan inzibati xəta törədilərkən yol nişanı qüvvədə olmuş və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1222/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1222/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver