Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1223/2020 11.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsində növbətçi köməkçisi vəzifəsində işləyən, polis baş serjantı, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 45, mənzil 54-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP Seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mirzəyev küçəsindən T.Abbasov küçəsinə sola dönərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ bəndinin tələbini, yəni nizamlanmayan yol ayrıcının keçilməsi qaydasını pozaraq yol ayrıcına daxil olmuş, həmin vaxt sağdan düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra sürücünün idarəetməni itirməsi nəticəsində “Chevrolet Cruze minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil T.Abbasov küçəsindən Ş.Mirzəyev küçəsinə çıxmaq üçün dayanıb avtomobillərə yol verən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Lexus minik” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəyərək onunla toqquşmuş, nəticədə hər iki avtomobilə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə yuxarıda istinad edilmiş hüquq normasının tələbinə əsasən tərəflərin və şahidin izahatlarını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır, lakin bu hüququ xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək məhdudlaşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mirzəyev küçəsindən T.Abbasov küçəsinə sola dönərkən, qarşıdan gələn avtomobillərə yol vermiş, sonra yolun bir qədər boş olduğunu görüb yol ayrıcına daxil olmuş, lakin həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə sağdan düzünə hərəkətdə olan “Chevrolet Cruze minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, zərbədən onun avtomobilinin arxa hissəsi sağa tərəf sürüşərək yenidən həmin avtomobilin arxa sol tərəfinə dəymişdir. Zərbədən həmin avtomobil T.Abbasov küçəsinə tərəf dönərək həmin küçədə dayanıb Ş.Mirzəyev küçəsinə çıxmaq istəyən “Lexus minik” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamış, avtomobillərə maddi zərər vurulmuşdur. Əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərin ona qarşı şikayətləri yoxdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını nəzərə alaraq, barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə Ş.Mirzəyev küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olarkən, Ş.Mirzəyev küçəsindən T.Abbasov küçəsinə sola dönən “Chevrolet Cruze minik” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil ona yol verməmiş, qabaq sağ tərəfi ilə onun avtomobilinin qabaq sol tərəfi ilə toqquşmuş, sonra həmin avtomobilin arxa hissəsi sağa tərəf sürüşərək yenidən onun avtomobilinin arxa sol tərəfinə dəymişdir. Zərbədən sonra onun avtomobili T.Abbasov küçəsinə tərəf dönərək həmin küçədə dayanıb Ş.Mirzəyev küçəsinə çıxmaq istəyən “Lexus minik” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamış, avtomobillərə maddi zərər vurulmuşdur. Dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir, Şəxs qarşı şikayəti yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da etibarnamə əsasında idarə etdiyi “Lexus minik” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə T.Abbasov küçəsində dayanıb Ş.Mirzəyev küçəsi ilə hərəkət edən avtomobillərə yol vermiş, sonra həmin küçəyə çıxmaq istəmişdir. Bu vaxt Ş.Mirzəyev küçəsindən T.Abbasov küçəsinə sola dönən “Chevrolet Cruze minik” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil Ş.Mirzəyev küçəsi ilə sağdan düzünə hərəkətdə olan “Chevrolet Cruze minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun açıxaraq onunla toqquşmuş, zərbədən həmin avtomobil T.Abbasov küçəsinə tərəf dönərək həmin küçədə dayandığı vəziyyətdə onun avtomobilinin qabaq hissəsinə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamış, avtomobillərə maddi zərər vurulmuşdur. Dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir, Şəxs qarşı şikayəti yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da “Chevrolet Cruze minik” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Ş.Mirzəyev küçəsindən T.Abbasov küçəsinə sola dönərkən, törətdiyi yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı və “Lexus minik” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulmuşdur. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin rəisi tərəfindən verilmiş arayışdan və DİN-nin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirkar sürücü polis baş serjantı Şəxs sürücülük vəsiqəsi və sürücülük hüququ olmadan avtomobili idarə edərək hadisə törətmişdir. Belə ki, o, xx xxxx 2013-cü il tarixdə xx xxxx 2023-cü il tarixədək sürücülük hüququna sahib olduğu halda xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək, 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamaını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 332.4-cü maddəsi ilə barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1223/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1223/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver