Məhkəmə qərarları › İş №3(007)-1225/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1225/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1225/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı Z.C.Qasımov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı Z.C.Qasımov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol ərazisində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisinin əməkdaşı onu saxlayaraq yola çıxarkən yolayrıcını keçmə qaydasını pozduğunu bildirərək sənədlərini tələb etmişdir. O, öz növbəsində avtomobilə dair sənədləri təqdim etmiş, yola çıxarkən dayanıb gözlədiyini, həmin anda oradan avtomobilin hərəkət etmədiyini görərək davam etdiyini, qaydanı pozmadığını və onunla razı olmadığını bildirmişdir. Bundan sonra, polis nəfəri sənədlərini ona qaytarmış və o, hərəkətinə davam etmişdir. Lakin qısa müddət keçdikdən sonra istifadəsində olan nömrəsinə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli protokol əsasında TP 378820 saylı, xx xxxx 2020-ci il tarixli qərarla onun 60 manat cərimə olunduğu barədə SMS bildiriş gəlmişdir. İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Şikayətə əlavə etdiyi fotoşəkillərdən göründüyü kimi hərəkət etdiyi hissədə nizamlayıcı və ya svetafor olmadığından həmin yolayrıcı nizamlanmayan hesab edilir. O, ikinci dərəcəli yoldan hərəkət etdiyini, həmin ərazidə yolun aydın şəkildə görünməsini, yolayrıcına yaxınlaşarkən əsas yolda hərəkətin olmamasını nəzərə alaraq hərəkətinə davam etmişdir. Bu halda isə heç bir qaydanı pozmamışdır. Bundan başqa, o, yuxarıda qeyd edilən halları onu saxlayan polis nəfərinə bildirdikdən sonra polis əməkdaşı onunla razılaşmış və hərəkətini davam etdirməyinə razılıq vermişdir. Həmin vaxt polis nəfərində protokolun tərtib edilməsi üçün nə kağız daşıyıcı, nə də ki, digər elektron qurğular olmamışdır. Lakin sonradan protokolun hansı şəraitdə tərtib edilməsi ona məlum deyildir. Sonradan ona məxsus inzibati xətaların göründüyü elektron kabinetə baxış keçirərkən orada yalnız qərar barədə məlumatlar olmuş, xətanı sübuta yetirən sənədlər, foto və video görüntülər aşkar edilməmişdir. Bu hal isə qərarın qanunsuz olduğunu bir daha sübuta yetirir. Qərar ona xx.xx.2020-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı Z.C.Qasımov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ-nin Dövlət X5 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər BPİ-nin Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı Z.C.Qasımov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı Z.C.Qasımov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı Z.C.Qasımov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar