Məhkəmə qərarları › İş №3(007)-1226/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1226/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1226/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43 ünvanında yerləşən "Elnur-Avto" mağazasında tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs baş və çənə nahiyəsinə vuraraq sonuncuya fiziki ağrı yetirmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru baş ədliyyə müşaviri P.İbayev tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə birgə işlədiyi Elnur Ağayevlə əlaqə saxlaya bilmədiyindən onun qardaşı Zərərçəkmiş şəxs zəng edərək işlətdiyi mağazanın "instagram" səhifəsinin kodunu niyə dəyişdiyini irad bildirib mübahisə etdikdə, Emin ondan harada olduğunu soruşmuş, o, işlətdiyi "Elnur-Avto" mağazasına olduğunu bildirmişdir. Bundan sonra Emin söhbət etmək üçün "Elnur-Avto" mağazasına gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs onun üzərinə gəldikdə onu itələmiş və bu zaman Zərərçəkmiş şəxs müvazinətini itirib yeri yıxılmış, başı asfalt örtüyə dəydiyi üçün xəsarət almışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır.. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, təxminən 9 il qardaşı X5 ilə birlikdə Şəxs sahibi olduğu “Elnur Avto” mağazasında satıcı işləmişdir. xx.xx.2023cü il tarixdə Şəxs ona zəng edərək qardaşı Elnur Ağayevin onun zənginə cavab vermədiyi üçün onu və qardaşını söyüb təhqir etməyə başlamış, bundan sonra Şəxs ondan harada olduğunu soruşduqda yaxında olduğunu, gəlib onunla söhbət edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Babək prospekti 43 ünvanına gəldikdə Şəxs avtomobildən düşüb arxasınca avto-servisə gəlib ona yaxınlaşmış və onu küçə söyüşləri ilə təhqir edib yumruqla başından və çənə nahiyəsindən zərbə vurmuşdur. Şəxs ilə barışmamışdır, şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 1247 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol təpə qabarının əzilmiş yarası, sol dirsək oynağının sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar