Məhkəmə qərarları › İş №3(007)-1227/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1227/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1227/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X3 iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan şikayət verərək, tərtib olunmuş inzibati xəta haqqında protokolun və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində 77HM765 dövlət qeydiyyat nişanlı, Kia CEED minik markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış, İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu bildirilmiş, barəsində protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli TP6226251 sayı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Hesab edir ki, protokol və onun əsasında çıxarılmış qərar əsassızdır, belə ki, onun tərəfindən qayda pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsaslanaraq protokol və xx.xx.2024-cü il tarixli TP6226251 sayı inzibati tənbeh vermə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, yolayrıcı keçmə qaydalarını pozmamış, beləliklə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* qərar əsassızdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* qərarı ilə X5 Bakı şəhəri, Qara Qarayev küçəsində 77HM765 dövlət qeydiyyat nişanlı, Kia CEED minik markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş (yolayrıcını keçmə qaydalarını pozma) və barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 idarə etdiyi 77HM765 dövlət qeydiyyat nişanlı, Kia CEED minik markalı nəqliyyat vasitəsi ilə Qara Qarayev küçəsində hərəkətdə olan zaman yolayrıcına daxil olan zaman sol tərəfdən hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətə davam etmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə elektron qərar və əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP 6226251saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar