Məhkəmə qərarları › İş №3(007)-1229/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1229/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1229/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 119 ünvanda yerləşən yataqxanada yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, 29 mart 2022-ci il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 11 ünvanda yerləşən Meyvə-Tərəvəz dükanından təxminən 100 manata yaxın qəpik pulların naməlum çəraitdə oğurlaması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən Şəxs Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 11 ünvanda yerləşən Meyvə-Tərəvəz dükanından 87 manat pulu oğurlaması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 22 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş 22 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 18 may 2022-ci il tarixdə ünvan 2da yerləşən “OBA” marketdən iki ədəd yağ paçkasını oğurlaması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən Şəxs ünvan 2da yerləşən “OBA” marketdən iki ədəd yağ paçkasını oğurlaması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 22 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 11 ünvanda yerləşən Meyvə-Tərəvəz dükanından 87 manat pul və ünvan 2da yerləşən “OBA” marketdən iki ədəd yağ paçkasını oğurlamışdır. Hər iki fakt üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs tərəfindən 18 may 2022-ci il tarixdə ünvan 2da yerləşən “OBA” marketdən iki ədəd yağ paçkasının oğurlanması nəticəsində marketə 40 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs dəymiş ziyanı ödəmişdir. Sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən Meyvə-Tərəvəz dükanından 87 manat məbləğində qəpik pullar və ünvan 2da yerləşən “OBA” marketdən iki ədəd yağ paçkasını oğurlamışdır. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu toplanmış sənədlərlə əlaqəli tədqiq edib, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ictimai işlər tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işlər cəzası ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar