Məhkəmə qərarları › İş №3(007)-1230/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1230/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1230/2020 11.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN Seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019cu il tarixli 2(103)-5907/2019 nömrəli icra sənədi üzrə borclu Şəxs 11.000 manat pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)-5907/2019 nömrəli qətnaməsinə əsasən 11.000 manat pul vəsaiti ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Açıq ürək əməliyyatı keçirmişdir, səhhəti onu incidir, ona görə heç bir yerdə işləyə bilmir. Tələbkar 11.000 manat pulun tam şəkildə birdəfəyə ödənilməsini tələb etsə də, onun maddi vəziyyəti buna imkan vermir. Buna baxmayaraq o, 2019-cu ilin noyabr-dekabr, 2020-ci ilin yanvar-avqust ayları ərzində, hər ay 301 manat olmaqla ümumilikdə 2709 manat məbləğində pulu depozit hesabına ödəmişdir. Yenə də imkanı olduqca borcunu ödəməyə davam edəcəkdir. Hesab edir ki, icra sənədinin icrasından yayınmadığına görə əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Şəxs izahatında qeyd edilənlərin və təqdim etdiyi ödəniş sənədlərinin nəzərə alınaraq, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)-5907/2019 nömrəli qətnaməsinə əsasən Şəxs tələbkarın xeyrinə cəmi 11.000 manat pul vəsaiti tutulmalıdır. İşə baxılarkən mübahisənin sülh yolu ilə həllində borclu tərəf maraqlı olmamışdır. İcra sənədi verildikdən sonra isə borclu borcunu ödəməmişdir. 11.000 manat borcdan hissə-hissə, ayda 300 manat olmaqla ödənilməsi ilə razı olmadıqlarından həmin pul depozit hesabında saxlanılmışdır. Borclunun icra sənədinin hissə-hissə icrası barədə ərizəsi təmin edilməmişdir. Hesab edirlər ki, pul məbləği birdəfəyə ödənilməlidir. Məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Şəxs 2019-cu ilin noyabr ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə “xxxxxxxxxxxx” ASC vasitəsi ilə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ümumilikdə 2709 məbləğində ödəniş etmişdir. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(007)-30/2020 nömrəli qərarından görünür ki, borclu Şəxs açıq ürək əməliyyatı keçirməsinin, buna görə işləyə bilməməsinin və maddi vəziyyətinin ağır olmasının nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli icra sənədi icra sənədinin hissə-hissə icra olunması üçün ərizə vermiş, həmin ərizə təmin edilməmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixdə verilmiş xx xxx 2019-cu il tarixli icra sənədi üzrə tələbkara ödəməli olduğu pul məbləğindən hal-hazıradək 2709 məbləğində ödəniş etmiş, o cümlədən hazırda izahatında göstərdiyi kimi açıq ürək əməliyyatı keçirməsinin, buna görə işləyə bilməməsinin və maddi vəziyyətinin ağır olmasının nəzərə alınmaqla icra sənədinin hissə-hissə icra olunması üçün ərizə vermiş, lakin məhkəmə tərəfindən borclunun ərizəsi təmin edilməmişdir. Bununla da, müəyyən edilir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, bu tələblərin yerinə yetirilməsindən yayınmamışdır, hazırda da qalan borcunu ödəməkdən yayınmır. Borclu ümumilikdə 11.000 manat pul məbləğinin 2709 manat hissəsini ödəmişdir. Lakin Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən, əməlində inzibati xəta tərkibi olmadığı halda, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı hərəkətləri nəticə etibarı ilə qətnamə üzrə verilmiş icra sənədinin icra olunmasına yönəlmiş hərəkətdir, o, tələbkara olan borcundan hazırkı halda ümumilikdə 2709 manat ödəmişdir, qalan borcun ödənilməsini isə öhdəsinə götürür. Məhkəmədə inzibati xəta haqqında işə baxılarkən, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməyərək icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilməmişdir. Belə olan halda, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi kimi qiymətləndirilməməlidir, o cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxsinzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar