Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1233/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini 07 fevral 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialına məxsus **-PN-*** dövlət qeydiyyat nişanlı “Lada” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 07 fevral 2023-cü il tarixdə saat 14:50-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar İXM-nin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə müvafiq məlumatların sorğunun rəsmi qaydada aldığı vaxtdan etibarən 5 gün müddətində DYP-yə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə filial barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. DYP tərəfindən təqdim edilən sənədlərə baxış keçirdikdə müəyyənləşdirmək olur ki, inzibati xəta ilə bağlı protokolun icrası barəsində 5 gün ərzində məlumat təqdim edilmədiyinə görə İXM-nin 347-ci maddəsi üzrə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP5843344 seriya nömrəli protokol tərtib edilərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. DYP-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli “arayış”da filialın hüquqi ünvan üzrə fəaliyyət göstərməməsi səbəbindən onun nümayəndəsi ilə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, nümayəndənin filialın hüquqi ünvan üzrə fəaliyyət göstərmədiyi və 5 gün ərzində DYP-yə məlumat verilmədiyi qeyd edilmişdir. İXM-nin 57.1-ci maddəsinə istinadən məhkəmənin diqqətinə çatdırırlar ki, inzibati xətalar haqqında işlər üzrə sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-ci maddəsində qeyd edilir ki, sənəd onu göndərən səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd miivafıq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Lakin müvafiq poçt göndərişinin (xəbərnamə) təqdim edilməsini təsdiq edən sübut iş materiallarında mövcud deyildir. DYP-nin nümayəndəsi tərəfindən filialın nümayəndəsinə telefon vasitəsilə məlumat verməsinə və İXM-nin 97.4-1-ci maddəsinə istinadən bildirirlər ki, həmin maddənin tələbləri üzrə İXM-nin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq miivafıq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, bir nüsxəsi protokola əlavə edilir, digər nüsxəsi nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli “arayış”da filialın nümayəndəsi ilə əlaqə saxlanılmasına baxmayaraq 5 gün müddətində məlumat verilmədiyi göstərilsə də, danışığın hansı tarix və saatda aparıldığı, ötürüldüyü hesab olunan məlumatı qəbul edən şəxsin şəxsiyyəti, səlahiyyəti barədə məlumatlar əksini tapmamış, hazırkı iş üzrə inzibati xəta haqqında protokol isə “arayış”ın tərtib edildiyi eyni tarixdə tərtib olunmuşdur. Ona görə də sözügedən “arayış”, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Qısacası, İXM-nin 57-ci maddəsinin tələbləri ilə yanaşı həmin Məcəllənin 97.4-1-ci maddəsinin tələbləri baxımından da qanunvericiliyə əməl edilməmişdir, sorğunun rəsmi qaydada verilmiş hesab olunması üçün inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilməmiş, dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edilməmiş, müvafiq qeydlər aparılmamışdır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, filialın İXM-nin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əməldə inzibati xəta tərkibinin olmaması, DYPnin təqdim etdiyi sorğunun filiala daxil olmasının təsdiq edilməməsi səbəbilə filial barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verərək protokolun geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 yazılı etirazın dəlillərini müdafiə edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahtaını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış bildirişdən görünür ki, filiala məxsus **-PN-*** dövlət qeydiyyat nişanlı “X4 21214-012-50 minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 07 fevral 2024-cü il tarixdə saat 14:50-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru tərəfindən 18 noyabr 2023-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Şəxs MMCnin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati işlə bağlı Azərbaycan Respublikası İXM-nin 97.4-1-ci maddəsinə əsasən Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan sorğuları hüquqi şəxslərin öz hüquqi ünvanları üzrə fəaliyyət göstərməməsi səbəbindən onun nümayəndəsinin ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmışdır. Şəxs MMC Nizami rayonu, Ə.Nəvai küçəsi ev 17-də qeydiyyatda olduğunu, lakin orada fəaliyyət göstərmədiyini bildirmiş, 5 gün müddətində Nizami RPİ-nə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, ümumiyyətlə sorğunun göndərilməsi və ya şəxsən çatdırılması, sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, filiala daxil olması öz təsdiqini tapmır. Ona görə də sözügedən sorğu barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin ünvanına çatmadığından, müvafiq səlahiyyətli şəxs tərəfindən alınmadığından, hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Nizami RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən həmin hüquqi şəxsin nümayəndəsinə telefon vasitəsilə məlumat verməsinə və bu zaman İXM-nin 97.4-1-ci maddəsinə istinada gəldikdə, həmin maddənin tələbinə əsasən İXM-nin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur. Göründüyü kimi, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialına münasibətdə İXM-nin 57-ci maddəsinin tələbləri ilə yanaşı həmin Məcəllənin 97.4-1-ci maddəsinin tələbləri baxımından da qanunvericiliyə əməl edilməmişdir, sorğunun rəsmi qaydada verilmiş hesab olunması üçün inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilməmiş, dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edilməmiş, müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda 18 noyabr 2023-cü il tarixli arayışda hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxlanılmasına baxmayaraq 5 gün müddətində məlumat verilmədiyi göstərilsə də, bu əlaqənin hansı tarixdə, saatda saxlanıldığı, danışığın davam etmə müddəti, ötürüldüyü hesab olunan məlumatı qəbul edən şəxsin şəxsiyyəti, səlahiyyəti barədə məlumatlar əksini tapmamış, hazırkı iş üzrə inzibati xəta haqqında protokol isə arayışın tərtib edildiyi eyni tarixdə tərtib olunmuşdur. Ona görə də sözügedən arayış, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1233/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1233/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver