Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1236/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Nizami RPİ-nin 25-ci PB-nin xx.xx.2024-cü il tarixli EP ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 Nizami RPİ-nin 25-ci PB-nin xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, "xxxx"MMC-də satış təmsilçisi vəzifəsində çalışır. Onun vəzifə və öhdəlikləri şirkətin mallarını topdan və pərakəndə qaydada müştərilərə təqdim etməkdir. Vəzifə və təlimata uyqun olaraq şirkətin satış təmsilçiləri yerlərdə müəssisəmizin istehsal etdiyi məhsulları pərakəndə şəkildə digər müştəri və müəssisələrə təklif etmişdir. Əgər müştəri məhsullları almaqa razı olarsa alqi-satqı müqaviləsi baqlanılır və müqavilə üzrə ödəniş qarşılıqında alqı-satqı fəaliyyətinə başlanılır. xx.xx.2025-ci il tarixdə yuxarıda qeyd etdiyi qaydada müəsissənin məhsullarını kataloq ilə müştərilərə təqdim edərkən polis əməkdaşı ona yaxınlaşaraq mənim küçə alveri ilə məşqul olduqunu bildirdi. Lakin ona rəsmi şirkət işçisi olduqumu bildirdikdə buna məhləl qoymayaraq onu Nizami rayon Polis İdarəsnin 25ci polis bölməsinə apardılar və barəsində inzibati protokol tərtib elədilər. Hesab edir ki, inzibati xəta haqqında qərar əsassızdır və ləğv olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan qanunsuzluğa yol vermiş, heç bir əsas olmadan onun əməlində İXM-in 454-cü maddəsinin nəzərdə tutulan tərkibin olmasını hesab edərək əsassız qərar çıxartmışdır. Qeyd olunanlara əsasən, xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən inzibati orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Nizami RPİ-nin 25-ci PB-nin xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarına əsasən əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirl bilinməklə 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, fiziki şəxslə FBF MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və işçinin əmək funksiyasına şirkətin məhsullarının satışının həyata keçirilməsi qeyd edilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, X1 hərəkətlərində İXM-nin 454-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Nizami RPİ-nin 25-ci PB-nin xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarııləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1236/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1236/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver