Məhkəmə qərarları › İş №3(007)-1237/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1237/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1237/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin baş direktoru X1 və QSC-nin nümayəndəsi X6 iştirakları ilə, Şəxs QSC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 405ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs QSC-nin səhmdarlarının Cəmiyyətin Baş direktorunun təyin edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ümumi yığıncağının protokolu 40 iş günü ərzində deyil, xx xxxx 2020-ci il tarixdə qeydiyyat orqanına təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X9 protokolda qeyd edilənlərə uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin baş direktoru X3 izahatında göstərmişdir ki, hesab edir ki, Şəxs QSC və onun vəzifəli şəxsləri tərəfindən İXM-nin 405-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir, xx xxxxxx 2020-ci il tarixli protokol texniki səhv, anlaşılmazlıq nəticəsində tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs QSC-nin əvvəlki direktoru X16 xx xxxxxx 2019-cu il tarixdə işdən azad edilmiş, lakin bu barədə protokol 40 iş günü ərzində təqdim edilməmişdir. Əslində isə X16 həmin tarixdə deyil, protokol qeydiyyat orqanına təqdim edildikdən sonra işdən azad olunmuşdur. X16 direktor kimi işləyərək əmək haqqı aldığı üçün və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində əmək müqaviləsi ləğv edilmədiyi üçün onun xx xxxxxx 2019-cu il tarixdən işdən azad edilmiş hesab edilməsi əsassızdır. Şəxs QSC-nin İran tərəfindən təsisçisi TRİCO şirkəti protokolu imzalayaraq xx xxxx 2019-cu il tarixdə QSC-nin Azərbaycan İnvestisiya Şirkəti və Azərsun Holdinq MMC-dən olan Müşahidə Şurasının üzvlərinə göndərmiş, bu zaman protokolu redaktə edərkən texniki səhv olaraq protokola xx xxxxxx 2019-cu il tarixi qoymuş, bundan sonra protokol Azərbaycandan olan səhmdarlar tərəfindən imzalanmış və tərəflərindən göstərilərək protokolun tarixindəki texniki səhv düzəldilmədən protokol qeydiyyat orqanına təqdim edilmişdir. Faktiki olaraq səhmdarların ümumi yığıncağının protokolu xx xxxx 2020-ci il tarixdə imzalandıqdan sonra 8 gün ərzində xx xxxx 2020-ci il tarixdə qeydiyyat orqanına təqdim edilmişdir. xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, pandemiya ilə əlaqədar vətəndaş qəbulu olmadığından Şəxs QSC-nin izahatının alınması mümkün olmamışdır. Hesab edir ki, protokol tərtib edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq izahat versəydilər, məsələyə aydınlıq gətirilmiş olardı və protokol tərtib edilməsinə zərurət aradan qalxmış olardı. X14 xx xxxxxx 2019-cu il tarixdən sonra işləməsi, 2020-ci ilin 6 aylıq yekunlarına görə statistik hesabatlar verməsi, sənədlər imzalaması onun həmin tarixdə işdən azad edilmədiyini göstərir və müvafiq sənədlərlə təsdiq olunur. Göründüyü kimi, hazırkı iş üzrə inzibati xəta hadisəsi baş verməmişdir, protokol tarixində texniki səhvə yol verilmişdir. Protokol tarixindəki texniki səhvin inzibati xəta hadisəsi kimi qiymətləndirilməsi obyektiv və ədalətli deyildir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X10 eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şəxs QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının xx xxxxxx 2019-cu il tarixli Protokolunun surətindən görünür ki, Ümumi Yığıncaq, Şəxs QSC-nin Baş direktoru X4 əmək müqaviləsinə xitam verilməsini və X1 Şəxs QSC-nin qanuni təmsilçilik funksiyasına malik Baş direktoru vəzifəsinə təyin edilməsini, QSC-nin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliyin qeydə alınması ilə bağlı “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və digər sənədlərin imzalanması, müvafiq dövlət qeydiyyatı orqanına təqdim edilməsi, dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra özündə bütün reyestr məlumatlarını əks etdirən “Kommersiya qurumunun dövlət reyetrindən çıxarış”ın dövlət qeydiyyatı orqanından götürülməsi və bu tapşırığın icrası ilə bağlı zəruri olan bütün hərəkətlərin həyata keçirilməsi qərara alınmışdır. -Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, X1 Şəxs QSC-nin Baş direktoru təyin edilməsi ilə bağlı qeydiyyat məlumatlarında dəyişiklik edilməsi haqqında ərizə blankı xx xxxx 2020-ci il tarixdə doldurulmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş xx xxxx 2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəxs QSC-nin qanuni təmsilçisi kimi X3 qeydiyyata alınmışdır. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs QSC ilə X16 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə xx xxx 2020-ci il tarixli 02X nömrəli əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) xitam verilmişdir. Bu barədə bildiriş sistemdə xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, məhkəmə iclasında tədqiq olunmuş, yuxarıda istinad edilən iş materialları ilə müəyyən və sübut olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının xx xxxxxx 2019-cu il tarixli Protokoluna əsasən Ümumi Yığıncaq, Şəxs QSCnin Baş direktoru X4 əmək müqaviləsinə xitam verilməsini və X1 Şəxs QSC-nin qanuni təmsilçilik funksiyasına malik Baş direktoru vəzifəsinə təyin edilməsini qərara alsa da, bu dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq deyil, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmaması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Bununla da, müəyyən edilir ki, inzibati xəta hadisəsi (inzibati xəta) törədilmişdir; bu inzibati xəta məhz Şəxs QSC tərəfindən törədilmişdir, inzibati xətanın törədilməsində həmin QSC-nın təqsiri vardır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla QSC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslərin izahatlarında qeyd edilənlərə və təqdim edilən sənədlərə münasibətdə qeyd edir ki, Şəxs QSC-nin Baş direktoru X4 əmək müqaviləsinə xitam verilməsi, X1 Şəxs QSC-nin qanuni təmsilçilik funksiyasına malik Baş direktoru vəzifəsinə təyin edilməsi barədə Şəxs QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının xx xxxxxx 2019-cu il tarixli Protokolu, QSC-nin xarici ölkədən olan təsisçisi və Müşahidə Şurasının üzvləri tərəfindən imzalanaraq təsdiq edilmişdir, protokolun tarixinin texniki səhv nəticəsində xx xxxxxx 2019-cu il tarixi kimi göstərilməsi, bu texniki səhvin düzəldilmədən protokolun qeydiyyat orqanına təqdim edilməsi barədə göstərilənlərin əsası yoxdur, məhkəmə bu halı hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd edilməsi kimi qiymətləndirərək nəzərə almır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixindən sonra müvafiq sənədlərin X16 tərəfindən imzalanması hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması barədə qənaətə gəlməyə əsas vermir, belə ki, qeydiyyat orqanına məlumat müəyyən olunmuş müddətdə verilməməklə yanaşı, Şəxs QSC-nin X2 X7 ilə əmək müqaviləsinə xitam verilməsi barədə məsələni bir daha müzakirə etməmiş, buna dair Ümumi Yığıncağın digər Protokolunun mövcudluğu barədə məlumat və ya Protokolun özü məhkəməyə təqdim edilməmiş, protokolun tarixinin texniki səhv kimi qiymətləndirilməsi üçün vergi orqanının özünə ayrıca müraciət edilməmişdir. Buradan da görünür ki, sözügedən xx xxxxxx 2019-cu il tarixli Protokol qüvvədə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin müvafiq prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar