Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1237/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Hüquqi şəxs olan Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı (tərtib edən polis mayoru X1) protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar aidiyyatı üzrə yanlış rayon məhkəməsinə ünvanlanmışdır. Belə ki, protokoldan da göründüyü kimi Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1in iş materiallarına əsasən (Vergilər Nazirliyinin internet saytından çıxarış) hüquqi şəxs olan Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2 görə də inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Yəni protokolda göstərilən həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, bu cür inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Hüquqi şəxsin düzgün hüquqi ünvanı üzrə sorğu göndərilməli, sorğunun hüquqi şəxsə rəsmi qaydada çatdırılması təsdiq edilməli, həmin sorğuya 5 gün ərzində cavab verilmə müddəti gözlənilməli, həmçinin sorğuya cavabın poçt vasitəsilə göndərilməsi halında həmin cavabın poçt xidmətinə 5 gün ərzində təhvil veridiyi təqdirdə, poçt xidmətinin həmin cavabın DYP-yə çatdırması üçün ağlabatan müddət gözlənilməli, bütün bu tələblərə əməl edildikdən sonra, əgər sorğuya cavab verilmədiyi təqdirdə, həmin hüquqi şəxs barədə İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilə bilər. Həmin protokol hüquqi şəxsin hüquqi ünvanı üzrə rayon məhkəməsində baxılması üçün, həmin məhkəməyə göndərilməlidir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1237/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1237/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver