Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1238/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin Dövlət X7 YPX baş inspektoru, polis leytenantı Z.V.Qədimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin Dövlət X7 YPX baş inspektoru, polis leytenantı Z.V.Qədimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğuldur. Bu barədə vergi orqanlarında qeydiyyata alınmış və ona müvafiq şəhadətnamə verilmişdir. xx xxxx 2020-ci il tarixdən ölkə ərazisində pandemiya ilə əlaqədar karantin rejimi elan edildikdən sonra, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar əsasında fəaliyyətinə icazə verilmiş xidmət sahələri üzrə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən “icazə.e.gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilməsinə qərar verilmişdir. O, fərdi sahibkar kimi fəaliyyət göstərdiyindən “'icazə.e.gov.az” portalına öz şəxsi məlumatlarını daxil etməklə, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı da daxil olmaqla xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək sərbəst hərəkət etmək üçün müvafiq icazəni almışdır. xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində hərəkət etdiyi istiqamətlər üzrə çoxsaylı post qurularaq DİN-nin əməkdaşları tərəfindən müvafiq icazəsinin olub-olmaması yoxlanılmış və icazənin "icazə.e.gov.az" portalında qeydiyyatdan keçməsinə əmin olduqdan sonra hərəkətini davam etdirmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti “Koroğlu” metrostansiyasının yaxınlığında quraşdırılmış postdan keçərkən Bakı şəhər Dövlət X7 Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X5 tərəfindən elektron portalda müvafiq icazənin olub-olmaması yoxlanılan zaman icazəsinin olmaması bildirilmişdir. Bu zaman o, elektron portaldan çıxarılmış kağız daşıyıcıda olan icazəsini polis əməkdaşına təqdim edərək xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək müvafiq icazə aldığını və həmin müddət ərzində həmin icazə əsasında Bakı şəhəri ərazisində sərbəst hərəkət etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı elektron sistemdə nasazlıq yarandığını və qeydiyyata alınmış icazələrin sistemdən avtomatik ləğv olunduğunu bildirərək, barəsində xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 100 manat məbləğində inzibati cərimə olunmağı barədə qərar qəbul etmişdir. O, polis əməkdaşına elektron sistemdə nasazlıq yaranması ilə əlaqədar ona verilmiş müvafiq icazəni yoxlaya bilməməsini və ona verilmiş icazənin ləğv edilməsi barədə ona heç bir məlumat verilmədiyindən onun inzibati xəta törətməyi kimi qiymətləndirilməsinə etiraz etsə də Bakı şəhər Dövlət X7 Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X5 onun sözlərinə məhəl qoymamışdır. Polis əməkdaşının bildirdiklərindən sonra xx xxxx 2020-ci il tarixdə yenidən "icazə.e.gov.az" portalında qeydiyyatdan keçərək müvafiq icazəni almışdır. Bakı şəhər Dövlət X7 Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X5 ona 100 manat məbləğində cərimə olunduğunu bildirsə də nə inzibati xəta haqqında protokol, nə də inzibati xəta haqqında qərarın surətini təqdim etməmişdir. Göründüyü kimi yol patrul xidmətinin əməkdaşı heç bir araşdırma aparmadan, özünü müdafiə etmək imkanlarını məhdudlaşdıraraq barəsində inzibati cərimə yazmışdır. İnspektor onun narazılığını nəzərə alıb barəsində inzibati protokol tərtib etməklə yuxarı səlahiyyətli orqana göndərməli və işə baxılmasının yeri və vaxtı barədə onu xəbərdar etməli idi. O, inzibati cərimə olunduğu barədə sms bildiriş vasitəsilə məlumatlandırılmış və protokoldan şikayətlə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 müraciət etmişdir. Lakin şikayəti araşdırılmamış, müraciətinə ümumiyyətlə cavab belə verilməmişdir. O, xx xxxx 2020-ci il tarixli qərarın surətini xx xxxxxx 2020-ci il tarixdə Nizami rayon Polis İdarəsindən əldə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ-nin Dövlət X7 YPX baş inspektoru, polis leytenantı Z.V.Qədimov tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ-nin Dövlət X10 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər BPİ-nin Dövlət X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin Dövlət X7 YPX baş inspektoru, polis leytenantı Z.V.Qədimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. - Elektron Hökumət Portalından çıxarışlardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərində hərəkət etməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 208 nömrəli qərarının 1.3-cü bəndinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə könüllülərinin, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 xüsusi karantin rejimi dövründə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri ərazisində hərəkət edə bilməsi üçün onun barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməklə icazə alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə iclasında X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin Dövlət X7 YPX baş inspektoru, polis leytenantı Z.V.Qədimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin Dövlət X7 YPX baş inspektoru, polis leytenantı Z.V.Qədimov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1238/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1238/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver