Məhkəmə qərarları › İş №3(007)-1239/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1239/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1239/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşı xx xxxxx 2020-ci il tarixdə barəsində MN ******* nömrəli protokolu tərtib edib ki, guya o, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələblərini pozaraq, xx xxxxx 2020-ci il tarixdə küçədə gəzərkən “maskadan”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ Müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimin pozulması” inzibati xətanın tətbiq olunmasına əsas verir. Həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Aprel ayının 3-dən sonra küçələrdə gəzərkən “maskadan” istifadə etməmək inzibati məsuliyyət yaratmır. Protokoldan da görünür ki, polis həmin protokolu xx xxxxx 2020-ci il tarixdə kimin barəsindəsə yazmağa başlamış və hansı səbəbdənsə yazmamışdır. Polis əməkdaşı xx xxxxx 2020-ci il tarixli protokolu xx xxxxx 2020-ci il tarixdə onun barəsində tərtib etmişdir. Bu faktın özü protokolun saxta və əsassız olmasına sübutdur. Bakı şəhəri Nizami rayonu 25-ci Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokolunun və həmin protokol əsasında qəbul olunmuş “İnzibati tənbeh vermə haqqında” xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətinin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru Hakim Mirzəzadə tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Vət. S.M.Babayev Nizami rayonu, Özbəkistan küçəsi 21 ünvanında xüsusi karantin rejim qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi Elmir Hüseynov tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 211ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilərkən qüvvədə olmuş 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Hansı ki, mübahisələndirilən qərarda X2 Nizami rayonu, Özbəkistan küçəsi 21 ünvanında xüsusi karantin rejim qaydalarını pozduğu qeyd edilsə də, həmin pozuntunun məhz nədən ibarət olması, özünü nədə ifadə etməsi müəyyən edilərək göstərilməmiş, bu faktı, yəni inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübut əldə edilməmişdir. X1 inzibati xətanı törətməsi ehtimal edilən dövrdə qüvvədə olmuş İXM-nin 211-ci maddəsində nəzərdə tutulan “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” ilə müşayiət edilən məhz hansı xətaya yol verdiyi göstərilməmiş, onun tərəfindən inzibati xəta törədildiyinə dair hər hansı sübut müəyyən edilməmiş və materiala əlavə edilməmişdir. Şikayət vermiş şəxs qeyd edir ki, inzibati protokol tərtib edilərkən, küçədə gəzərkən maskadan istifadə etməməsi əsas gətirilmiş, hesab edilmişdir ki, onun tərəfindən xüsusi karantin rejimi pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarının 1-ci bəndinə əsasən qərara alınmışdır ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00dək dayandırılır. Qərarın 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmiş, müvafiq şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında; müvafiq şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra; bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə isə 8103 nömrəsinə SMS məlumat göndərərək müəyyən edilmiş indeks üzrə icazə aldıqdan sonra hərəkət etmələrinə icazə verilmişdir. Göründüyü kimi, xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarla müvafiq məhdudiyyətlər tətbiq edilsə də, insanların fərdi evlərdən və mənzillərdən hansı hallarda çıxışı müəyyən edilmişdir. Hansı ki, bura təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə çıxışlar daxil edilmişdir. İnzibati icraat zamanı X3 tərəfindən belə qayda pozuntusuna yol verib-verməməsi yoxlanılmamış və müəyyən edilməmişdir. Şəxsin tibbi maskadan istifadə etmədən küçədə gəzməsi isə, sözügedən qərarla müəyyən edilmiş məhdudiyyətlər sırasına daxil edilməmişdir. X4 və müvafiq səlahiyyətli şəxslər tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində verilmiş tövsiyyələrdə qapalı məkanlarda, əhalinin sıx toplaşdığı yerlərdə və bu kimi digər sahələrdə tibbi maskalardan, digər qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyyə edilmişdir. Hansı ki, belə məhdudiyyət açıq havada və qrup şəklində olmamaqla gəzən, hərəkət edən şəxslərə aid edilməmişdir. Bununla yanaşı xx xxxxx 2020-ci il tarixli qərarın xx xxxxx 2020-ci il tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur, inzibati protokolun tərtib edildiyi və qərarın qəbul edildiyi xx xxxxx 2020-ci il tarixində həmin qərar, onun müddəaları qüvvədə olmamışdır. Ümumiyyətlə isə, X2 inzibati xətanın törədilməsi ehtimal edilən dövrdə qüvvədə olmuş İXM-nin 211-ci maddəsində nəzərdə tutulan “epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması” ilə müşayiət edilən inzibati xətanı törətdiyinə dair hər hansı sübut müəyyən edilməmiş və materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, xüsusi karantin rejimi dövrünü əhatə edən xx xxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X3 tərəfindən pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir, habelə, xx xxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla müvafiq qadağa və məhdudiyyətlər x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək müəyyən edilmişdir, İXM-nin 11.3-cü maddəsi ilə təsbit olunmuş inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması ilə bağlı müddəası baxımından xx xxxxx 2020-ci il tarixi üçün həmin qərarla müəyyən edilmiş qadağa və məhdudiyyətlər X3 barəsində tətbiq edilə bilməzdi. Ona görə şikayət təmin olunaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı icraat inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını tənzimləyir, inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır, ona görə şikayət həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar