Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1240/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X2, zərərçəkmiş hüquqi şəxs “X9” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli və xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə 3(007)-1240/2020 və 3(007)- 1241/2020 nömrəli inzibati işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)- 1240/2020 nömrəsi saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda istinad edilmiş hüquq normasının tələbinə əsasən tərəflərin izahatlarını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75A ünvanında yerləşən binanın qarajının açıq hissəsindən xırda talama yolu ilə özgə əmlakı olan Zərərçəkmiş şəxs2 məxsus cəmi 300 manat dəyərində 2 ədəd plastik pəncərəni oğurlamışdır. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 72 ünvanında yerləşən “X9” MMC-yə məxsus mağazanın qeyri-qida sektorundan xırda talama yolu ilə özgə əmlakı olan cəmi 12,98 manat dəyərində saç üçün 2 ədəd “Head Schoulders” şampununu oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:45 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “OBA” marketə daxil olmuş və oradan saç üçün 2 ədəd “Head Schoulders” şampunu götürərək mağazadan çıxmış, həmin şampunları bazarda, kafedə tanımadığı şəxslərə verib yeməyə dəyişmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75A ünvanında yerləşən binanın qaraj hissəsində 2 ədəd plastik pəncərə və qapı qırıntıları görmüş, onları satmaq məqsədi ilə aparmaq istəmişdir. Tək gücü çatmadığı üçün yaxınlıqdan keçən, tanımadığı rus millətindən olan bir şəxsə, guya öz əşyaları kimi təqdim edərək aparmaqda ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs pul qarşılığında kömək edib pəncərələri apararkən bir nəfər şəxs yaxınlaşıb pəncərələri nə üçün apardıqlarını demiş, yanında ona kömək edən şəxs əşyaların oğurluq olduğunu bilərək qaçmış, onlara yaxınlaşan şəxs isə onu aparıb polisə təhvil vermişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X9” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “OBA” marketdən xx xxxxxx 2020-ci il tarixdə saat 19:45 radələrində saç üçün 2 ədəd “Head Schoulders” şampununun oğurlandığı aşkar olunmuşdur. Bu barədə aidiyyəti üzrə məlumat verilmiş, araşdırma zamanı oğurluq edən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Hansı ki, həmin şəxs daha əvvəl də “OBA” marketin digər mağazasından etdiyi oğurluğa görə saxlanılmış, rəhbərlik tərəfindən bağışlandığı üçün barəsindəki inzibati işə xitam verilmişdir. Lakin həmin şəxs bundan nəticə çıxarmamış, habelə hazırkı iş üzrə dəymiş maddi ziyanı ödəməmişdir. Şəxs haqqında inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən, yaşadığı binanın qarajının açıq hissəsində ona məxsus plastik pəncərə və digər əşyalar olmuşdur. Binanın gözətçisi X5 ona məlumat vermişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində nəzarət məqsəsi ilə gəzərkən, binanın qaraj hissəsində iki nəfər şəxsin əllərində 2 ədəd plastik pəncərə apardıqlarını görmüş, onları saxlayarkən biri qaçmış, digərini isə o, saxlayıb polisə təhvil vermişdir. Həmin pəncərələr cəmi 300 manat dəyərində olmuşdur. Polisdə araşdırma zamanı oğurluq edən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Şəxs haqqında inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 müraciəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs faktiki saxlandığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il saat 18:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxx 2020-ci il saat 18:00-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASCnin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1240/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1240/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver