Məhkəmə qərarları › İş №3(007)-1253/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1253/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1253/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X2 iclas katibliyi, X3 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı, qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə oğlu X5 etibarnamə ilə idarə etdiyi ona məxsus “LADA” minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu ərazisində hərəkətdə olan zaman polis inspektoru tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik olunduğunu bildirmiş, barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında TP ******* saylı qərar çıxarılmışdır. Nəqliyyat vasitəsinə zavod üsulu yayların quraşdırıldığını və sertifikatının olmasını qeyd edərək xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş qərardan şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına iştirak etməmiş, üzrlü səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baıxlmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş X5 çıxış edərək, idarə etdiyi “Lada” minik markalı avtomobilə zavod istehsalı yayları quraşdırdığını bildirdi. Həmçinin qeyd etdi ki, polis əməkdaşı tərəfindən ekspertiza təyin edilmədən tərtib olunmuş protokol və qərar əsassızdır, qeyd olunan səbəbdən qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2024-cü il tarixdə saat 11:05 radələrində “Lada” markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilən zaman nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi aşkar edilmişdir. Belə ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, 12 mmlik yay kəsilmiş, 8 mm-lik yayla əvəz edilmişdir. Beləliklə, şikayətçi tərəfindən avtomobilə quraşdırılmış yayların kəsilərək qısaldılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2024cü il tarixli, TP ******* -cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar