Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1255/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən Bakı şəhəri, Nizami rayonu,, K.Balakişiyev küçəsindəki 124 nömrəli evin 41 nömrəli (Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 124, M9, m5) mənzilin az olan 22 kv/metr sahəsinin əvəzinə 23.540 manat (iyirmi üç min beş yüz qırx manat) pulun tutularaq iddiaçı X3 ödənilməlidir. Həmçinin ekspertiza xərci 250 (iki yüz əlli) manat cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət hesabına köçürülməlidir. "xxxx" MMC–nin direktoru Şəxs icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 23790 manat məbləğində borc yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla "xxxx" MMC-nin direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırda MMC fəaliyyətini dayandırmış, heç bir fəaliyyət göstərmir. Bununla əlaqədar olaraq icra vərəqəsində göstərilən borcun birdəfəlik ödənilməsi hazırda mümkün deyil. Fəaliyyətlərini bərpa etdikdə isə borcu ödəyə bilərlər. İcra vərəqəsinin icrasından yayınmır. Hal-hazırda hər ay 1000 manat olmaqla hissə-hissə ödəniş etməyə hazırdır. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borcundan indiyə qədər 2175 manat ödəniş etmiş, hazırda 21615 manat məbləğində borcu qalmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan göstərilən pulu tutmaq mümkün deyildir. X1 məhkəməyə verdiyi izahatında bildirdi ki, artıq uzun müddət küçməsinə baxmayarq borclu tərəfindən icra vərəqəsi icra olunmur. Hazırki halda borcun hissə-hissə ödənilməsinə razı deyil. Borcun tam olaraq ödənilməsini tələb edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, “"xxxx" MMC-dən Bakı şəhəri, Nizami rayonu,, K.Balakişiyev küçəsindəki 124 nömrəli evin 41 nömrəli (Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 124, M9, m5) mənzilin az olan 22 kv/metr sahəsinin əvəzinə 23.540 manat (iyirmi üç min beş yüz qırx manat) pulun tutularaq iddiaçı X3 ödənilməlidir. Həmçinin ekspertiza xərci 250 (iki yüz əlli) manat cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət hesabına köçürülməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, "xxxx" MMC-dən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin direktoru Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1255/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1255/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver