Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1257/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X6 Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində DYP əməkdaşlarına tabesizlik göstərərək, vəsifəsini yerinə yetirən polisin qanuni tələbinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi DYPŞ-nin YPX inspektorları Əliyev Ömər və Baybələdli Orxan tərəfindən 23-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində idarə etdiyi “Changan Uni-V” markalı **-YA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman saxlanılmış və təkərlərə quraşdırılmış qurğu barədə məlumat verilmiş, nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyi bildirilmişdir. Sürücü Şəxs ilə apaılmış 40 dəqiqəlik profilaktik söhbət nəticəsini verməmiş, sürücü nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə maneçilik törətmişdir. Daha sonra əraziyə 5960 çağrışlı Post Patrul xidməti əməkdaşları cəlb olunmuş və sürücü Nizami rayonu 23-cü Polis bölməsinə təmin edilmişdir. Beləliklə o, vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Şöbəsinin sahə inspektoru X5 məhkəməyə raportun və protokolun məzmununa uyğun ifadə vermişdir. Nizami rayon Polis İdarəsi DYPŞ-nin YPX inspektorları X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində idarə etdiyi “Changan Uni-V” markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman saxlanılmış və təkərlərə quraşdırılmış qurğu barədə məlumat verilmiş, nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyi bildirilmişdir. Sürücü nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə maneçilik törətmişdir. Daha sonra əraziyə Post Patrul Xidməti əməkdaşları cəlb olunmuş və sürücü Nizami rayonu 23-cü Polis bölməsinə təmin edilmişdir. Daha sonra onun barəsində İXM-nin 535.1-ci maddəsilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi nəqliyyat vasitəsinin təkərinə qurğu quraşdırıldığı barədə məlumat verilmiş, o isə öz növbəsində qurğunu yerində sökməyi təklif etmişdir. Lakin, polis əməkdaşları onunla razılaşmayaraq PPX əməkdaşları vasitəsilə onu Nizami rayonu 23-cü PB-nə təmin etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 məhkəmə iclasında çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur, qeyd olunan səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 30 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1257/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1257/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver