Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1260/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Mikayık Əliyev küçəsi ilə hərəkətdə olan zaman özünə məxsus olan 10KX955 dövlət qeydiyyat nömrəli VAZ 21045 markalı nəqliyyat vasitəsi polis əməkdaşı tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik olunduğunu qeyd edərək barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunaraq avtomobil duracağa yerləşdirilmişdir. O inzibati xəta törətmədiyini qeyd edərək bildirdi ki, nəqliyyat vasitəsinin ban yerinə yerləşdirdiyi dəmirdən hazırlanmış yük yerindən malların daşınması üçün istifadə edir və bu yolla ailəsini dolandırır. Qeyd edilən protokol əsasında çıxarılmış qərarın əsassız olduğunu qeyd edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X6 çıxış edərək, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini, nəqliyyat vasitəsinin ban yerinə quraşdırmış olduğu yük yerinin kustar üsulla hazırlandığını qeyd edərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhər DYPİ Polis baş serjantı Rafiq Həsənov çıxış edərək bildirdi ki, sürücü tərəfindən nəqliyyat vasitəsinə quraşdırılmış yük yeri kustar üsulla hazırlanmış, bununla da normativ tələblər pozulmaqla nəqliyyat vasitəsi normadan artıq yüklənmiş olur. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 13:12 radələrində 10KX955 dövlət qeydiyyat nömrəli VAZ 21045 markalı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, VAZ 21045 markalı nəqliyyat vasitələri üçün zavod üsulu ilə hazırlanmış yük yeri satışda olduğu halda sürücü tərəfindən kustar üsulla hazırlanmış yük yerinin istifadə olunmasında məqsəd yükdaşımalar zamanı daha çox yük götürmə qabiliyyətinin olmasıdır, nəticədə də normativ tələblər pozulmuş olur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1260/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1260/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver