Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1266/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin sahə inspektoru X2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 475-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ev 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 01:30-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ruslan 93” adlı marketə müştəri qismində daxil olaraq, dəyəri 2,50 manat olan bir paçka “Rotmans” markalı siqareti aldıqdan sonra, kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs aldadaraq, guya siqareti almaq üçün verdiyi 50 manat pulun qalığını tələb etmiş və ondan pulun qalığı qismində 47,50 manat məbləğində pulu alaraq marketdən çıxmış, dələduqluq yolu ilə zərərçəkmiş şəxsə 50 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, işsiz olduğundan maddi sıxıntı çəkmiş və xəstə qızına dərman almalı olmuşdur. xx xxxxx 2021-ci il tarixdə gecə saat 01:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ruslan 93” adlı marketə daxil olmuş, kassaya yaxınlaşaraq dəyəri 2,50 manat olan “Rotmans” adlı siqaret istəmişdir. Sonradan tanıdığı kassir Zərərçəkmiş şəxs həmin markalı bir paçka siqareti ona vermişdir. Bundan sonra o, yalandan Tofiqə 50 manat pul verdiyini deyib pulun qalığını qaytarmasını demişdir. Tofiq ona inanaraq kassadan 47,50 manat pul çıxarıb ona vermişdir. Marketdən çıxdıqdan sonra Sabunçu rayonu ərazisindəki aptekdən qızı üçün 43 manat dəyərində dərman almışdır. Həmin gün səhər saat 07 radələrində yenidən həmin marketə daxil olmuşdur. Gecə kassada oturan və aldatdığı Tofiq adlı şəxs onu tanımış, onu polis əməkdaşlarına təhvil vermişlər. Zərərçəkmiş şəxs vurduğu 50 manat maddi zərəri ödəməmişdir. Əməlindən səmimi peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ruslan 93” adlı marketdə kassir işləyir. xx xxxxx 2021-ci il tarixdə gecə saat 01:30 radələrində marketdə gecə növbəsində kassada olarkən, əvvəlcədən tanımadığı bir nəfər şəxs yaxınlaşaraq 2,50 manat dəyəri olan “Rotmans” markalı siqaret almış, daha sonra guya ona 50 manatlıq əskinas verdiyini bildirərək ondan pulun qalanını istəmişdir. O da həmin şəxsə inanaraq ona 47,50 manat pul qaytarmışdır. Lakin sonradan bilmişdir ki, həmin şəxs ona ümumiyyətlə pul verməmiş, aldadaraq onun pulunu ələ keçirmişdir. Bu barədə bildikdən sonra 50 manat pulu öz hesabına kassaya ödəmişdir. Həmin gün səhər saat 07 radələrində marketdə olduğu zaman onu aldadaraq pulunu ələ keçirmiş şəxsin təkrar marketə gəldiyini görüb, bu barədə dərhal müdiriyyətə məlumat vermiş, polisləri dəvət etmişlər. Məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Ona dəymiş 50 manat maddi ziyan ödənilməmişdir, Şəxs şikayətçidir. Onun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, xx xxxxx 2021-ci il tarixdə səhər saat 07 radələrində “Ruslan 93” adlı marketdə kassada olduğu vaxt bir nəfər şəxs yaxınlaşıb 1 manat pul verərək siqaret verməsini demişdir. O, 1 manata siqaret olmadığını bildirdikdə, həmin şəxs ona 20 manat pul verdiyini demişdir. O, kamera görüntülərinə baxmağı təklif etmiş, lakin həmin şəxs çıxıb getmişdir. O, gecə növbəsində olmuş iş yoldaşı Zərərçəkmiş şəxs bildirdikdə, o, gecə onu aldadaraq 50 manat pulunu ələ keçirən şəxs olduğunu demişdir. Həmin şəxsi saxlayıb polislərə təhvil vermişlər, müəyyən edilmişdir ki, Şəxsdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs aldadaraq 50 manat pulunu ələ keçirib, ona 50 manat maddi ziyan vurduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta hadisəsinin qeydə alındığı videogörüntülər olan DVD diskə baxış keçirilmiş, inzibati xəta haqqında protokolda göstərilənlər halların təsdiqini tapdığı müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 23:40-da tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxx 2021-ci il saat 23:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X3 Saxlanılma Mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1266/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1266/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver