Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1267/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokol aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmamasını müəyyən edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İstinad olunan maddi hüquq normalarının mənasından çıxış edilərək qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmə yeri hüquqi şəxsin yerləşdiyi hüquqi ünvan hesab olunmalıdır, ona görə hazırkı inzibati xəta haqqında protokola Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. İşə Şəxs MMC-nin hüquqi ünvanının yerləşdiyi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həmin hal müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, işə baxılma mərhələsində bu hal aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün, hazırkı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 110, 114 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1267/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1267/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver