Məhkəmə qərarları › İş №3(007)-1272/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1272/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1272/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə barəsində MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək "xxxx" MMC Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsi X4, yəni onu 1500 AZN məbləğində cərimə etmişdir. Həmin qərara əsasən xx.xx.2021-ci ildə "xxxx" MMC MXRİ ilə X2 arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda qeyd olunanlara əsasən X5 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə barəsində MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının əsassız və qanunsuz sayaraq ləğv edilməsini xahiş edir. Məlumat üçün bildirir ki, 17 may 2022-ci il tarixdə ünvan 1 ünvanına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı daxil olmuşdur. Qərar belə əsaslandırılmışdır ki, "xxxx" MMC Mərkəzi Xüsusi Rabitə İdarəsi tərəfindən X2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il əmri ilə xx.xx.2021-ci il tarixindən AR ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) həmin Məcəllənin 187-ci maddənin 2ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər), həmçinin işçinin üzv olduğu Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan həmin Məcəllənin 80-ci maddəsinin tələbləri pozularaq xitam verilmişdir və törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə olunmuşdur. Lakin "xxxx" MMC MXRİ ilə X2 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il əmri ilə AR ƏM 70-ci maddəsinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol verilməmişdir. Belə ki, ilk öncə qeyd olunmuşdur ki, guya "xxxx" MMC MXRİ tərəfindən X2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il əmri ilə xx.xx.2021-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işçinin üzv olduğu Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan AR ƏM-nin 80-ci maddəsinin tələbləri pozularaq xitam verilmişdir. İlk öncə bunu qeyd edir ki, bu tamamilə əsassız və qeyriqanunidir. Belə ki, “Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydaları” adlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 iyul tarixli 331-24 m (məxfi qrifli) nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 3.5.4-cü maddəsinin tələbinə əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin əməkdaşlarına hər hansı bir siyasi partiyaya, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) üzv olmaq və onların yığıncaqlarında iştirak etmək qadağandır. Buna görə də Kifayət Seyidova işdən azad olunarkən Həmkarlar İttifaqı Komitəsinin razılığının olması zərurəti olmamışdır. Bundan əlavə qeyd olunmuşdur ki, "xxxx" MMC MXRİ tərəfindən X2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il əmri ilə xx.xx.2021-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) həmin Məcəllənin 187-ci maddənin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozularaq xitam verilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu ilə qorunan “xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” qrifli göndərişlərin qəbulunu, daşınmasını və çatdırılmasını həyata keçirir. Bundan əlavə, Mərkəzi Xüsusi Rabitə İdarəsinin sabiq işçisi vətəndaş X2 1993-cü ildən idarədə mühasib vəzifəsində işləmişdir. Onun işlədiyi müddətin son üç ilini araşdırarkən məlum olmuşdur ki, dəfələrlə işində yol verdiyi ciddi nöqsanlara görə rəhbərlik tərəfindən intizam tənbehlərinə cəlb olunmuşdur. MXRİ-nin xx.xx.2021-ci il tarixli 30/t nömrəli əmrin 2-ci hissəsinə əsasən aylar üzrə əmək haqqının hesablanmasına yenidən baxılması Baş mühasib vəzifəsini müvəqqəti icra edən N.İsmayılovaya tapşırılmışdır. N.İsmayılova tərəfindən verilən xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 837 nömrəii əmrinə əsasən "xxxx" MMC-nin bütün işçiləri vergi və digər məcburi ödənişlər daxil olmaqla “Ramazan bayramı” münasibətilə 60 manat məbləğində işçiləri mükafatlandırılması məqsədilə 6129.20 manat məbləğində vəsait bank sənədi üzrə işçilərə verilmişdir. Lakin idarənin mühasibi xrx mayoru Kifayət Seyidova may 2021-ci il üzrə işçilərin əmək haqqını hesablayarkən nəzərə almamışdır. Bunun nəticəsində qanunvericiliklə müəyyən edilmiş müvafiq vergi, DSMF, MXRİ-nin HİK və NRYTN-nin RİMHİ-na, İcbari Tibbi sığortaya və sosial siğorta haqları üzrə ödəmələrin 2021-ci ilin avqust ayının əmək haqqısında hesablanmışdır. Qeyd olunan nöqsan 4 aydan sonra baş mühasib vəzifəsini müvəqqəti icra edən N.İsmayılovanın özü tərəfindən aşkar olunduğu üçün sonuncu dəfə ona MXRİnin xx.xx.2021-ci ii tarixli 39/t nömrəli ilə “töhmət” intizam tənbehi verilmişdir. Yuxanda göstərilənlərlə əlaqədar gələcəkdə belə halların idarədə baş verməməsinə aparılan araşdırmaya əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən N.Nəbiyevin 30 noyabr 2021-ci il tarixli 96/k saylı əmri ilə xx.xx.2021-ci il tarixdən MXRİnin Mühasibatlıq və iqtisadi təhlil şöbəsinin mühasibi, xrx mayoru X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu ilə qorunan “xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” qrifli göndərişlərin qəbulunu, daşınmasını və çatdırılmasını həyata keçirir və buna görə də burada baş verən hər bir qanun pozuntusunun ətraflı araşdırılması zəruri və vacibdir. Kifayət Seyidovanın işlədiyi müddətdə yol verdiyi nöqsan və saxtakarlıqlar çox olduğuna görə xidməti araşdırmanın aparılması uzun müddət davam etmiş və həmin araşdırma 30 noyabr 2021-ci ildə yekunlaşmışdır. Həmin tarixdə də vaxt itirilmədən 96/k saylı əmrə əsasən xx.xx.2021-ci il tarixdən MXRİ-nin Mühasibatlıq və iqtisadi təhlil şöbəsinin mühasibi, xrx mayoru X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq qeyd edir ki, vəzifədə olduğu dövrdə Kifayət Seyidovanın yol verdiyi saxtakarlıq və nöqsanlara görə "xxxx" MMC tərəfindən prokurorluğa müraciət olunmuşdur və prokurorluqda həmin faktlarla bağlı araşdırma hal-hazırda davam etməkdədir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 2 ünvanında yaşayır. Bu səbəbdən hazırki şikayət Nizami Rayon Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin Seriya MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu və həmin protokol üzrə qəbul edilmiş MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməklə barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən xüsusi rabitə xidməti polkovnik-leytenantı X6 tərəfindən imzalanmış 30 noyabr 2021ci il tarixli 96/k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, MXRİ-nin Mühasibat və iqtisadi təhlil şöbəsinin mühasibi, xrx mayoru X2 01 dekabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 29 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, vətəndaş X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci və 187-ci maddələrinin tələbləri pozulduğuna görə "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsi X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, 29 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulub xitam verilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Belə olan halda, X6 tərəfindən verilmiş şikayət yalnız qərarın əsaslılığı və qanuniliyi hissəsində yoxlanılır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. X3 İXM-nin 192.6-cı maddəsi ilə inzibati qaydada tənbeh olunmasına əsas, onun "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsi (Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən) kimi MXRİ-nin Mühasibat və iqtisadi təhlil şöbəsinin mühasibi, xrx mayoru X1 əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci və 187-ci maddələrinin tələblərini pozması olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 iyul tarixli 331-24 m (məxfi qrifli) nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydaları”na 1 nömrəli əlavənin 3.5.4-cü maddəsinə əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin əməkdaşlarına hər hansı bir siyasi partiyaya, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) üzv olmaq və onların yığıncaqlarında iştirak etmək qadağandır. Göründüyü kimi, "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Mühasibat və iqtisadi təhlil şöbəsinin mühasibi X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 iyul tarixli 331-24 m (məxfi qrifli) nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydaları”na 1 nömrəli əlavənin 3.5.4-cü maddəsində Mərkəzi Xüsusi Rabitə İdarəsinin əməkdaşlarına hər hansı bir siyasi partiyaya, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) üzv olmaq və onların yığıncaqlarında iştirak etmək qadağan edilmişdir. Belə olan halda da Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işəgötürən "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən xüsusi rabitə xidməti polkovnik-leytenantı X6 tərəfindən, onun təşəbbüsü ilə həmin İdarənin Mühasibat və iqtisadi təhlil şöbəsinin mühasibi, həmkarlar ittifaqları təşkilatının üzvü olmayan X2 ilə olan əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, X3 işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin X3 barəsindəki 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar