Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1300/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 04 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 04 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında özünə məxsus “Toyota Prius” avtomobili ilə hərəkət edərkən saat 19:17 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ Yol partrul xidməti inspektoru polis serjantı X6 tərəfindən barəsində İXP4592191 saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazını DİN veb saytı vasitəsilə onlayn şəkildə bildirsə də, şikayəti xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, lakin bir cavab olmamışdır. Daha sonra DİN veb saytından cərimə və balları yoxlama bölməsindən sürücülük vəsiqəsi əsasında yoxlama apardıqda, protokolun xx.xx.2022-ci il tarixdə qərarlı olduğunu görmüşdür. Həmin qərar isə, ona xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hesab edir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanununun 30-cu maddəsi nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi maddəsidir. Bu maddəyə görə qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 1 saylı Əlavədə isə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı sadalanır. BPİ-nin nümayəndələri əlavənin Vll bölmənin (Konstruksiyanın digər ünsürləri) 3-cü bəndini əsas tuturlar. Hərçənd burada deyilir: Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxan hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər, işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgüşüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin ana şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Çünki avtomobilində olan örtük görünüş dairəsini məhdudlaşdırmır, digər tərəfdən həmin örtük tərəfindən çəkilməmişdir, X2 avtomobili gətirən satıcıdan eyni qaydada almışdır, həmin örtük əvvəlcədən avtomobildə olmuşdur. Avtomobilin rəsmi alqı-astqısı zamanı da, BDYPİnin əməkdaşları tərəfindən aparılan texniki baxış zamanı da ona heç bir məlumat verilməmişdir. Yəni nə qadağan olunmuş örtüklərdən istifadə olunmuş, nə də ki, bu örtük onun tərəfindən çəkilməmişdir. İXP4592191 saylı protokol əsasında çıxarılmış 04 may 2022-ci il tarixli, TP5004382 saylı elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli TP5004382 saylı elektron qərar üzrə cərimənin Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin mərkəzi informasiya sistemindən silinməsi üçün qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X5 şikayətin dəlilləri ilə razılaşmayıb göstərmişdir ki, qərardan şikayət vermiş X1 şikayətində göstərilənlərin əsası yoxdur, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavəyə əsasən şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları siyahısına daxildir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin YPX inspektoru tərəfindən tərtib olunmuş 22 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 22 aprel 2022-ci il tarixdə saat 19:17-də “Toyota Prius (Hibrid) minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi ilə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 04 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 22 aprel 2022-ci il tarixdə saat 19:17-də “Toyota Prius (Hibrid) minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 22 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin Vİİ hissəsinin 3-cü bəndinə əsasən (Konstruksiyanın digər ünsürləri) sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları siyahısına daxildir. Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblər pozularaq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 22 aprel 2022-ci il tarixdə saat 19:17də “Toyota Prius (Hibrid) minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında hərəkətdə olarkən avtomobilin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkməsinə görə YPX əməkdaşları tərəfindən bilavasitə aşkar olunaraq saxlanılmış, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə 22 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol əsasında isə inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən edilmiş qeyd edilən həmin hallar işin mübahisəsiz halıdır, yəni qanunvericiliklə nəqliyyat vasitəsinin şüşələrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları siyahısına daxil edilmişdir, hansı ki, qərardan şikayət vermiş X1 özü idarə etdiyi avtomobilin şüşələrində örtük olmasını etiraf edir. Onun, həmin örtüyün özü tərəfindən çəkilməməsi, X2 avtomobili gətirən satıcıdan eyni qaydada aldığı, örtüyün əvvəlcədən avtomobildə olduğu barədə şikayətində irəli sürdüyü dəlillər inzibati məsuliyyətdən azad olunmaq üçün əsas deyildir, avtomobil faktiki olaraq onun sahibliyində və istifadəsindədir, yol verdiyi bu kimi inzibati xətalara görə müəyyən edilmiş qaydada və həddə məsuliyyət daşıyır. Ona görə də X1 şikayətində irəli sürülən dəlillər, həmçinin onun Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati qaydada tənbeh olunması ilə bağlı mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 04 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 04 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1300/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1300/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver