Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1316/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə “VAZ 21214 minik” markalı ** GK *** nömrə nişanlı avtomaşınla Nizami rayonu, Nəsimi küçəsi ilə hərəkətdə olan zaman onu DYP-nin əməkdaşı saxlamışdır. O, özünü təqdim edərkən Bakı şəhər DYPİ-Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 olduğunu öyrənmişdir. Həmin əməkdaş tərəfindən barəsində protokol tərtib edilmiş, protokol əsasında qərar qəbul edilməmişdir. Tərəfindən şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan aradan qaldırlması mümkün olmayan hal kimi İXM-nin 342.5-ci, 342.2.2-ci, 342.5ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Protokol hadisə yerində tərtib olunmamış, onun DİN-nin 102 xidmətinə müraciətindən sonra xx xxxxxx 2020-ci il tarixdə protokolun surətini ona təqdim edilmişdir. Tərtib olunmuş protokolla razı deyil. Belə ki, qabaq şüşənin şüşə silgəcləri nasaz vəziyyətdə olmamış, əksinə işlək vəziyyətdə olmuşdur. Lakin maşının salonunda olmuşdur. Bu isə yerində aradan qaldırıla bilən hal olduğu üçün hesab edir ki, DYP əməkdaşı onu xəbərdar etməklə bu halı aradan qaldırmış olardı. Lakin əməkdaş onun bu halı aradan yerində qaldırmağına şərait yaratmamış, əksinə mane olmuşdur. Digər məsələ ilə, yəni xarici işıq cihazları ilə bağlı hissədə bildirmək istəyir ki, həmin işıq cihazları qanunun normativlərinə cavab verir və bu əlavə avadanlıq hesab edilə bilməz. Maşının kontruksiyasında isə ümumiyyətlə hər hansı bir dəyişiklik aparılmamışdır. İşıqların normativə uyğun olmaması ilə bağlı mütəxəssis (ekspert) rəyi yoxdur. Bu isə dolayısı yolla məmur özbaşınalığı deməkdir. Belə ki, təqsiri sübut etməyə protokolu tərtib edən şəxs borcludur, o, təqsirsiz olduğunu sübut etməyə borclu deyil, hər hansı istənilən şübhə və ya sübut edilə bilməyən hal onun xeyrinə qiymətləndirilməlidir. Protokolda göstərilənlərin əsassızlığı ondan ibarətdir ki, protokol hadisə yerində tərtib olunmamış, ona hüquq və vəzifələri izah edilməmişdir. Bu da protokolun ləğv olunmasına əsas verir. Protokolda qeyd olunanlar DYP-nin inspektorunun mülaizəsi əsasında tərtib olunmuşdur. Tərəfindən İXM-nin 342.5-ci, 342.2.2-ci maddələrinin tələbləri pozulmamışdır. Əsassız olaraq ona məxsus avtomobil cərimə meydançasına yerləşdirilib bu barədə akt tərtib edilməli olduğu halda edilməmişdir. Onun mülkiyyət hüququ pozulmuşdur. Barəsində tərtib edilmiş TP ******* nömrəli qərarın və buna əsas olan İXP-3470730 nömrəli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-nin 342.2.2-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə), 342.5-ci (konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı), 342.5-ci (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halına (hallarına) yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 342.2.2, 342.5, 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər BPİ DYPİ-nin polis mayoru X2 tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 342.5, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X5 barəsində 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər, yəni nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 70.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların olub-olmamasını müəyyən etmək üçün müvafiq sübutlar əldə edilməli, mövcud olmalıdır. Hansı ki, hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokola və qərara belə sübutlar mövcudluğuna dair qeydlər aparılmamışdır. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, avadanlığın quraşdırılması, bunun avtomobilin konstruksiyasının pozulması ilə nəticələnməsi və sair bu kimi texniki məsələlərlə bağlı isə mütəxəssis dəvət olunaraq onun tərəfindən müvafiq rəy verilməlidir. Bu iş üzrə qanunvericiliyin həmin tələbləri də pozulmuş, mütəxəssis rəyi alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Mübahisələndirilən qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 342.5, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat cərimə edilərkən İXM-nin 34.3-cü maddəsinin tələblərinə istinad edilməmiş, habelə şəxs İXM-nin 342.5-ci maddəsi ilə əhatə olunan bir neçə inzibati xətaya yol verdiyi halda hər bir əməl üzrə ayrı-ayrılıqda həmin maddə ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, qərarı barəsində şikayət verilmiş orqan isə nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməməklə yanaşı şikayətin əsassız olmasını təsdiq edəcək hər hansı sübutunu, o cümlədən qeyd edilən faktlarla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Əgər, belə bir sübutun olduğu müəyyən edilərsə, o zaman qərarın əsaslı olub-olmaması ilə bağlı araşdırma həmin istiqamətdə aparıla bilərdi. İlkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, sənədlər işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər BPİ DYPİ tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmadığına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X3 barəsindəki xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli, xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin X3 barəsindəki xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin, xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1316/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1316/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver