Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1323/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, xx xxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 3, mənzil 11-də qeydiyyatda olan, "xxxx" QSC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 31 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, X1 13 sentyabr 2010-cu il təvəllüdlü Nazim və 21 iyul 2014-cü il təvəllüdlü Nilay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin 04 fevral 2021-ci il tarixdən başlayaraq X4 xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(007)-322/2019 nömrəli icra sənədinin borclu X2 əmək haqqından tutulma aparılmaqla icra edilməsi borclunun iş yeri üzrə "xxxx" QSC-nin direktoru Şəxs tərəfindən icra edilməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Qanunla müəyyən edilmiş tədbirlər görülməsinə baxmayaraq, Şəxs təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, bununla əlaqədar işə baxılması mümkün olmamış, məhkəmənin 22 iyul 2022-ci il tarixli qərardadına əsasən onun gətirilməsi qərara alınmışdır. Lakin hal-hazıradək keçən müddətdə Bakı şəhəri Yasamal RPİ-nin əməkdaşları tərəfindən qərarın icrası təmin edilməmişdir, bu səbəbdən də işə baxılması mümkün olmamış və bu hal prosessual müddətin pozulması ilə nəticələnmişdir. Belə olan halda, icraatın dayandırılmasına səbəb olan hal aradan qalxmasa da, məhkəmə hesab etmişdir ki, icraat təzələnərək iş üzrə yekun qərar qəbul edilməlidir, ona görə 23 dekabr 2022-ci il tarixli qərardadla işin icraatı təzələnmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, icra məmurunun və işdə tərəf olan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; Məlum olduğu kimi, Şəxs tərəfindən törədilmiş inzibati xəta idarəçilik qaydaları əleyhinə inzibati xətalara aiddir, həmin xətanın törədilməsinə görə 31 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, idarəçilik qaydaları əleyhinə olan xətalar, törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilməsi mümkün olan inzibati xətalara aid deyildir, həmin növ xətaya görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi barədə İXM-nin 38.1-ci maddəsinin tələbi və Şəxs münasibətdə bu müddətin artıq keçdiyi nəzərə alınaraq, o, inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1323/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1323/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver