Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1332/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 49AA457/49AA458 nömrəli nəqliyyat vasitəsi ilə MTO22125 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********8079 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-nə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/0xx-xx/000177 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən **********8079 sorğu nömrəli bəyannamənin 1-ci mal mövqeyinin 5% idxal rüsum dərəcəsi və bəyan olunmasına baxmayaraq MGEİ-in rəyinə əsasən 15% idxal rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********8079 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin bütün mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 27659.00 AZN, ƏDV rüsumu üzrə 4978.62 AZN müəyyən edilmişdir. Şəxs MMC tərəfindən XİF MN koduna əsasən ********** kod altında bəyan edilmiş malların MGEİ-nin rəyinə əsasən ********** kod altında rəsmiləşdirilməli olduğu müəyyən edilmiş və araşdırma nəticəsində kodlar arasında yaranmış mövcud ziddiyyət və uyğunsuzluğa görə əlavə ödənişin yaranmadığı müəyyən olunsa da MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı G.S.Pənahova tərəfindən xx.xx.2023-cü il tarixdə, 00100-00522/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi, gömrük xidməti polkovniki Gündüz Əliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 49AA457/49AA458 nömrəli nəqliyyat vasitəsi ilə MTO22125 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********8079 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-nə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/0xx-xx/000177 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən **********8079 sorğu nömrəli bəyannamənin 1-ci mal mövqeyinin 5% idxal rüsum dərəcəsi və bəyan olunmasına baxmayaraq MGEİ-in rəyinə əssən 15% idxal rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********8079 sorğu nömrəli, xx.xx.2023cü il tarixli gömrük bəyannaməsinin bütün mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 27659.00 AZN, ƏDV rüsumu üzrə 4978.62 AZN müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsinin xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, təkrar ekspertizanın aparılması və əlavə təqdim edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına MTO 22125 nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yüklər Şəxs MMC tərəfindən təqdim edilmiş texniki pasport, EN10204- 3.1 nömrəli material və sınaq sertifikatları (bütün mal mövqeləri üzrə) diyircəkli kranların təsnifatı, dövlət standartına əsasən “MT Group” şirkəti tərəfindən istehsal edilmiş minimum işçi temperaturu -290C, maksimum işçi temperaturu 2000C, ətraf mühitin temperaturu - 400C - (+400C) olan, 153.2 Pa işçi təzyiqinə hesablanmış, su, neft məhsulları, qaz, aqressiv mühitlərdə (məsələn hidrogen sulfid) işləmək üçün nəzərdə tutulmuş diyircəkli kranlar olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC tərəfindən XİF MN koduna əsasən ********** kod altında bəyan edilmiş malların MGEİ-nin rəyinə əsasən ********** kod altında rəsmiləşdirilməli olduğu müəyyən edilmiş və araşdırma nəticəsində kodlar arasında yaranmış mövcud ziddiyyət və uyğunsuzluğa görə əlavə ödənişin yaranmadığı müəyyən olunsa da MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1332/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1332/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver