Məhkəmə qərarları › İş №3(007)-1346/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1346/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1346/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, sözügedən materiala əlavə edilmiş 25 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-si tərəfindən ona görə tərtib olunmuşdur ki, 25 fevral 2021-ci il tarixdə saat 15:52-də “Opel Astra minik” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs, onun barəsində tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin protokol və ona dair sənədlər Bakı şəhəri Nəsimi RPİ-nin 05 aprel 2021-ci il tarixli 082-13074 nömrəli məktubu ilə baxılması üçün məhkəməyə göndərilmiş və 3(007)-1346/2021 nömrə altında inzibati iş kimi qeydə alınmışdır. Halbuki, Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-si tərəfindən tərtib olunmuş eyni tarix, seriya və nömrəli protokol və ona dair sənədlər daha əvvəl Bakı şəhəri Nəsimi RPİnin 02 aprel 2021-ci il tarixli 082-12737 nömrəli məktubu ilə də baxılması üçün məhkəməyə göndərilmiş və 3(007)-1294/2021 nömrə altında inzibati iş kimi qeydə alınmışdır. Göründüyü kimi, eyni inzibati xətaya dair tərtib olunmuş inzibati xəta haqqında protokol ardıcıl olaraq, 02 aprel və 05 aprel tarixlərində məhkəməyə təkrarən göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, material məhkəməyə təkrarən daxil olduğundan, işə təkrarən baxılmaması üçün, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 25 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar