Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1347/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, 00100-00228/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasından 30D85510/30D85610 nömrə nişanlı yük avtomaşınında 0927-2 nömrəli, xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6883 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. Sözügedən mallara “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********6883 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 9-cu mal mövqeyində halva yükü bəyan edildiyi halda faktiki olaraq 540 ədəd “Yasham” nişanlı küncüt unu kremi (350qr), 2220 ədəd “Yasham” nişanlı fıstıq kərə yağı kremi (350qr), 540 ədəd “Simorgh” nişanlı fıstıq kremi (350 qr), 300 ədəd “Razeghi” nişanlı küncüt yağı kremi (500 qr) yükü aşkar edilmişdir. X2 İdarəsinin 2200-013/0xxxx/000276 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən faktiki malların **********6883 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 9-cu mal mövqeyi üzrə bəyan olunan halva yükü ilə eynilik təşkil etmədiyini nəzərə alaraq ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən 540 ədəd “Yasham” nişanlı “Sesame cream” adlı küncüt pastası (350qr), 2220 ədəd “Yasham” nişanlı “Keranchi peanut batter” adlı araxis yağı (350qr), 540 ədəd “Simorgh” nişanlı “Pıstachio sesame spread” adlı püstə və küncüt yağı (350 qr), 300 ədəd “Razeghi” nişanlı “Tahını white sesame” adlı ağ küncüt pastası (500 qr) yükünün gömrük orqanına bəyan edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “İpək yolu” gömrük postunun baş inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi E.Ə.Əliyevin, hal şahidləri E.F.Həmidov və V.M.Məhərrəmovun iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 30D85510/30D85610 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********6883 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə “İpək yolu” gömrük postunun 1-ci anbarında gömrük baxışı keçirilmişdir. Yoxlama zamanı 9-cu mal mövqeyində halva yükü bəyan edildiyi halda faktiki olaraq 540 ədəd “Yasham” nişanlı küncüt unu kremi (350qr), 2220 ədəd “Yasham” nişanlı fıstıq kərə yağı kremi (350qr), 540 ədəd “Simorgh” nişanlı fıstıq kremi (350 qr), 300 ədəd “Razeghi” nişanlı küncüt yağı kremi (500 qr) yükü aşkar edilmişdir. Gömrük yoxlaması keçirilən zaman iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin 2200-013/0xxxx/000276 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, **********6883 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 9-cu mal mövqeyi üzrə bəyan olunan faktiki mallar halva yükü ilə eynilik təşkil etmir. Şəxs MMC-nin ünvanına idxal olunmuş yüklər aşağıdakı qaydada sinifləşdirilir: 1) pərakəndə satış üçün brutto çəkisi 350 qram olan “Sesame cream” adlı küncüt pastası- XİF MN üzrə kod: 2008 99 670 0; 2) pərakəndə satış üçün brutto çəkisi 350 qram olan “Keranchi peanut better” adlı araxis yağı- XİF MN üzrə kod: 2008 11 100 0; 3) pərakəndə satış üçün brutto çəkisi 350 qram olan “Pıstachio sesame spread” adlı püstə və küncüt yağı - XİF MN üzrə kod: 2008 97 780 0; 4) pərakəndə satış üçün brutto çəkisi 350 qram olan “Tahını white sesame” adlı ağ küncüt pastası - XİF MN üzrə kod: 2008 99 670 0. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/587 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında müxtəlif qida məhsullarının ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 26040,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ümumilikdə orta bazar qiyməti 26040,00 manat təşkil edən 540 ədəd “Yasham” nişanlı, “Sesame cream” adlı küncüt pastası (350qr), 2220 ədəd “Yasham” nişanlı, “Keranchi peanut batter” adlı araxis yağı (350qr), 540 ədəd “Simorgh” nişanlı, “Pıstachio sesame spread” adlı püstə və küncüt yağı (350 qr), 300 ədəd “Razeghi” nişanlı, “Tahını white sesame” adlı ağ küncüt pastası (500 qr) yükü gömrük orqanına bəyan edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 482.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "Poletto Orange” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 26040,00 manatın 40 (qırx) faizi məbləğində, yəni 10416 (on min dörd yüz on altı) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1347/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1347/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver