Məhkəmə qərarları › İş №3(007)-1350/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1350/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1350/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxslər - X8, X5, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 iştirakı ilə, xx.xx.1997-ci ildə Türkiyə Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən X16 xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, 77DS538 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu, Babək prospekti, orta zolaqla Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət edən zaman Babək prospektində orta zolaqdan sol zolağa manevr edərək körpünün altı istiqamətində dönmək istəyən zaman sol zolaqla hərəkətdə olan “KİA RİO” markalı, 77BY175 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “KİA RİO” markalı avtomobilin sürücüsü X6 və avtomobildə olan sərnişinlər X13 və X11 xəsarət almışlar. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH inspektoru, polis leytenantı T.M.Kamranzadə tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, 77DS538 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti orta zolaqla Yeni Günəşli qəsəbəsi istiqamətində 30-40 km/saat sürətlə hərəkət edən zaman Babək prospektində orta zolaqdan sola manevr edərək körpünün altı istiqamətində dönmək istəyən zaman idarə etdiyi avtomobil “KİA RİO” markalı, 77BY175 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “KİA RİO” markalı avtomobilin sürücüsü və iki sərnişini xəsarət almışlar. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində o, etibarnamə ilə idarə etdiyi “KİA RİO” markalı, 77BY175 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti orta zolaqla Yeni Günəşli qəsəbəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman qəflətən sağdan birinci zolaqda hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sağ zolaqdan orta zolağa manevr edərək Babək prospektində yerləşən körpünün altına dönmək istəyən zaman avtomobilin qabaq sol hissəsi ilə onun avtomobilinin qabaq sağ qanad hissəsi toqquşmuşdur. Nəticədə o, və avtomobildə olan sərnişinlər X13 və X11 xəsarət almışlar. Ona dəymiş ziyan ödənilmişdir, X12 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X13 və X11 zərərçəkmiş şəxs X6 ilə eyni məzmunda izahat verərək, onlara dəymiş ziyanın ödənildiyini və X12 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X20 xx.xx.2022-ci il tarixli, 1082 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş T.T.Kərimovda aşkar olunmuş - müştərək kəllə beyin travması, beyin əzilməsi; sağ ağciyərin əzilməsi; alt dodaq haşiyəsinin əzilmiş yarası; sağ baldırın və sol diz oynağının ön səthinin qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X20 xx.xx.2022-ci il tarixli, 1083 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş M.A.Kərimovada aşkar olunmuş - burun sümüyünün ikili yerdəyişməyən sınıqları; başbeyin silkələnməsi; sol gözaltı nahiyənin və hər iki baldırın ön səthlərinin qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X20 xx.xx.2022-ci il tarixli, 1077 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş B.Ə.Nərmanovda aşkar olunmuş - sağ diz oynağının şişkinlik halında əzilməsi; sağ saidin arxa, sağ baldırın ön və arxa səthlərinin sıyrıqları; sağ ayaq üstü nahiyənin qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sürücü qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3342 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən “Toyota Prius” markalı, 77DS538 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Türkiyə Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, X12 Türkiyə Cumhuriyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2030-cu il tarixədək etibarlı olan “B,B1,F,M” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə X9 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, 77DS538 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, orta zolaqla Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərini pozaraq “KİA RİO” markalı, 77BY175 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və nəticədə “KİA RİO” markalı avtomobilin sürücüsü X4 və sərnişin X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, sərnişin X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almaları proses iştirakçılarının izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X9 törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında X9 məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq X9 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1997-ci ildə Türkiyə Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar