Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1354/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X3 etibarnamə üzrə nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X18 iştirakları ilə, X1 X19 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 13 fevral 2025-ci il tarixli qərarı ilə X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 19 fevral 2025-ci il tarixində aldığımız üşçün həmin qərardaddan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tərəfimizdən buraxılmamışdır, (poçt qəbzinin surəti əlavə olunur.) İnzibati orqanda araşdırma aparılarkən ilkin araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulmaması ilə bağlı məsələləri barəsində şikayət etdiyimiz qərarı qəbul edən orqanın rəhbərinin diqqətinə çatdırmışlar. Vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilən X6 05 noyabr 2003-cü il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “Cəmiyyət” adlandırılacaq) direktorudur. Cəmiyyətin hüquqi ünvanı AZ1031, Bakı şəhəri, Nizami rayonu, ünvan 1ti dövlət və kommersiya xarakterli müxtəlif növ tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilən X3 barəsində inzibati tənbeh verilməsinin əsas səbəbi kimi vətəndaşlar X13 21 yanvar 2025ci il tarixindən, X9 24 yanvar 2025-ci il tarixindən X7 16 yanvar 2025-ci il tarixindən Qarabağ və Şərqi İqtisadi rayonunda Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutumuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. X20 28 mart 2024-cü il tarixində "xxxx" MMC-də işə qəbul edilmiş, 21 yanvar 2025-ci il tarixində həmin şəxsin əmək müqaviləsinə xitam verilmişdir. X14 19 sentyabr 2024-cü il tarixində Cəmiyyətdə işə qəbul edilmiş, 24 yanvar 2025-ci il tarixində qeyd edilən şəxsin əmək müqaviləsinə xitam verilmişdir. X12 13 yanvar 2025-ci il tarixində Cəmiyyətdə işə qəbul edilmiş, 16 yanvar 2025-ci il tarixində həmin şəxsin əmək müqaviləsinə xitam verilmişdir. (İşçi işə qəbul edildiyində 3 gün işləsə belə onunla əmək münasibətləri rəsmiləşdirildiyi halda, bu münasibətlərə xitam verildikdən sonra niyə əmək müqaviləsi olmadan işə cəlb edilsin ki?) (əmək müqaviləsini bildirişləri şikayətə əlavə edilir). Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş 03 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol aiddiyyəti üzrə bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Həmin protokolda da vətəndaşlar X13 21 yanvar 2025-ci il tarixindən, X9 24 yanvar 2025-ci il tarixindən X7 16 yanvar 2025-ci il tarixindən Qarabağ və Şərqi İqtisadi rayonunda Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutumuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-928/2025 saylı qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “T.T.Ş-İnşaat’J_ MMQ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti geri qaytarılmışdır. Maraqlı olan hal budur ki, Bakı şəhəri Nizami rayon məhkəməsi protokolu natamam olduğu və inzibati icraatın lazımi qaydada aparılmamaması səbəbindən geri qaytarır, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi isə X4 barəsində inzibati protokol tərtib etməklə dərhal da vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edir, vəzifəli şəxsi cərimələyir. Əmək müqaviləsinə xitam verilən işçilərin müvafiq icazə protalından çıxarılması Cəmiyyət tərəfindən həyata keçirilməməkdədir. Bununla bağlı Cəmiyyət layihə üzrə sifarişçi qismində iştirak edən Azərbaycan Respublikası Mənzil X11 MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada siyahı təqdim etməklə əmək müqaviləsinə xitamverilmiş işçilərin müvadiq icazə portalından çıxarılmasını istəyir. Bu proseslər gündəlik aparılmır, bunun gündəlik aparılması da fiziki olaraq mümkün deyildir. Siyahı MİDA MMC-yə təhvil verildikdən sonra sonuncunun müəyyən etdiyi tarixdə qeyd edilən işçilərin adı müvafiq icazə portalından çıxarılır. "xxxx" MMC tərəfindən AR Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla işçilərin əmək müqaviləsinə xitam verildikdən sonra onların əmri verilir və müvafiq qaydada son haqq-hesabları ödənilməklə əmək müqavilələrinə xitam verilir. Yəni işçi ilə əmək müqaviləsinin bağlanmaması və qeyd edilən əmək müqaviləsi elektron bildiriş sisteminə daxil edilmədiyi təqdirdə, inzibati xəta törədilmiş olur. Hər halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri kompleks olaraq tövsif ediləcəyi təqdirdə bunu görmək mümkündür. Hesab edirik ki, bununla bağlı olaraq əmək qanunvericiliyində qeyd edilən institutların anlayışını birinci instansiya məhkəməsi öz qərarında gözardı etməklə qanunsuz və əsassız bir qərarın qəbul edilməsinə səbəbiyyət vermişdir. İnzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün bu institutların anlayışının qərarda qeyd edilməsi kifayət idi. Birinci instansiya məhkəməsi isə sadəcə AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini qeyd etməklə inzibati xətanın törədildiyini qeyd etmişdir. Halbuki AR İXM-nin 192.1-ci maddəsində “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən” qeyd edilən terminologiyasının açılışını verən AR Əmək Məcəlləsinin müvafiq maddələrini qeyd eyməmişdir. Bu isə birbaşa birinci instansiya məhkəməsinin bu işə baxarkən qərəzli yanaşdığına və obyektiv davranmadığına dəlalət edir. İşdə olan materiallardan və qanunvericiliyin tələblərindən də göründüyü kimi vəzifəli şəxs qismində inibati məsuliyyətə cəlb edilən X6 vəzifəli şəxs olaraq inzibati xətaya dair əməli törətməmiş və ya həmin əməlin törədilməsində iştirak etməmişdir. Həmçini 18.3-cü maddənin dispozisiyasından da göründüyü kimi vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsindən sonra mümkün ola bilməkdədir. Yəni məhkəmə hüquqi şəxsi barəsində tərtib edilən inzibati xətaya dair protokolu məhkəmə qaydasında araşdırarkən vəzifəli şəxsin də inzibati xətanın törədilməsində hər hansı bir təqsirinin oluğunu aşkar edərsə və ya həmin əməlin törədilməsində hər hansı şəkildə iştirak etdiyini aşkar edərsə, o zaman vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istisna edilməməkdədir. Ən azından AR İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin tövsifındən bu anlaşılmaqdadır. Qeyd edilən normalara və işdə olan materiallara nəzər yetirildiyində də görülməkdədir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 13 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilən işçilərin işə götürülərkən əmək müqaviləsi bildirişlərinin, əmək müqavilələrinə xitam verilərkən xitam bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı hər hansı bir pozuntu aşkar edilməmişdir. Maraqlı olan haldır ki, AR Əmək Məcəlləsində işçilərin əmək müqaviləsinin, həmin müqaviləyə dəyişiklik edilməsinin və əmək müqaviləsinə xitam verilməsinin hansı hallarda hüquqi qüvvəyə minməsi açıq-aşkar göstərilmişdir. Bu xüsusat AR inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilən tələblərlə də öz təsdiqini tapır. Yəni işçi işə cəlb edilərkən əgər onun əmək müqaviləsinin bildirişi elektron informasiya sisteminə daxil edilməmişdirsə, o zaman işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsindən söhbət gedə bilər. Hərkəsə də məlumdur ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (yəni əmək müqaviləsi bildirişi elektron infiormasiya sisteminə daxil edilməmişdirsə) işçilərin hər hansı bir formada “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonarma buraxılması məqsədi ilə müvafi icazə portalına daxil edilməsi mümkün deyildir. Yəni işçinin əmək müqaviləsi bildiriş ƏMAS sisteminə daxil edildikdən sonra işçi şirkət adında müvafiq icazə portalına daxil edilə bilər. Portala daxil edilməsi və portaldan çıxarılması da onu işə cəlb edən podratçı şirkətin yazılı sorğusu əsasında layihənin Sifarişçisi tərəfindən həyata keçirilməkdədir. Bununla bağlı da "xxxx" MMC tərəfindən müntəzəm olaraq işə daxil edilən və işdən azad edilən işçilər barəsində MİDA MMC-yə məlumat verilməkdə, sonuncu tərəfindən müvafiq icazə portalına işçilərin adı daxil edilməkdə və ya portaldan çıxarılmaqdadır. Vəzifəli şəxsin barəsində inzibati icraatın aparılması zamanı yol verilən səhvlərin hər biri ilə məqamları şikayətdə qeyd etmək məqsədə uyğundur. Bildirmək istəyirik ki, işçinin adınınsonradan yenidən portala daxil edilməsi inzibati xətanı törətdiyi mənasına gələ bilməz. Hər bir kəsin adının portala salınması və çıxarılması mümkündür. Əgər əmək müqavilələrinə xitam verilən işçilərin müqavilələrinə xitam verildikdən sonra adları müvafiq icazə portalına yenidən salınmışdırsa, fəqət özlər: qeyd edilən “Qarabağ və Şərqi Zəngəzur” İqtisadi zonasına getməmişdirlərsə, (ki, gedə bilməzlər, çünki yeni əmək müqaviləsinin bildirişi yoxdur və əmək müqaviləsi də hüquqi qüvvəyə minməmişdir) o zaman hansı inzibati xətadan söhbət gedə bilər? Bunu yoxlamaq heç də çətin bir proses deyildir. Belə ki, portala sonradan adları daxil edilmiş işçilərin hər dəfə həmin regiona səfər edib-etmədiyini gün, həftə və ay ərzində neçə dəfə qeyd edilən iqtisadi rayonun ərazisinə girib-çıxdığını müəyyən etmək mümkündür. Yəni hər dəfə hansı saatda və gündə, neçə dəfə icazə verilən əraziyə giriş-çıxış edildiyini müəyyən etmək mümkündür. Ancaq maraqlı olan haldır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti AR Daxili İşlər Nazirliyi ilə işini əlaqəli şəkildə qurmamış, formal olaraq adları protalda olan işçiləri sanki portala salınmaqla və əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi qənaətinə gəlmişdir. Bunu araşdırmaq elə də bir çətin proses deyildi axı. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 etibarnamə üzrə nümayəndəsi Vəkil bildirdi ki, qeyd olunan eyni əsaslar üzrə X3 direktoru olduğu hüquqi şəxs "xxxx" barəsində protokol tərtib olunmuş, baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nə geri qaytarılmışdır. Bundan sonra DƏMX tərəfindən yenidən işin halları araşdırılmadan vəzifəli şəxs barəsində protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli qərar çıxarılmaqla vəzifəli şəxs qismində X6 3000 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanalara əsaslanaraq protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X22 çıxış edərək DƏMX-nə geri qaytarılmış materialın nəticəsi barədə məlumatsız olduğunu, lakin şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru X6 İXM-nin 192.1-ci maddəsiilə təqsirli bilinib, barəsində 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş işçinin, yəni X9 və Sərvan Həsənovun işğaldan azad olunmuş ərazilərdə işə cəlb olunub-olunmaması məsələsi müvafiq orqan tərəfindən araşdırılmamış, həmin şəxslərin izahatı alınmamış və bununla bağlı hər hansısa sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vəzifəli şəxs barəsində DƏMX Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən, yalnız həmin şəxslərin işğaldan azad olunmuş əraziyə giriş-çıxışına dair icazə əsas götürülmüş, işçinin həmin ərazidə faktiki əmək fəaliyyətinə cəlb olunması məsələsi araşdırılmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni əsaslar üzrə şikayətçinin direktoru olduğu hüquqi şəxs barəsində tərtib olunmuş protokol və materiallar natamam olduğundan yenidən araşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinə geri qaytarılmışdır. Bu səbəbdən işin halları araşdırılmadan hüquqi şəxsin direktorunun məsuliyyətə cəlb olunması yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanunsuzdur, qeyd edilən hallar araşdırılmalı olduğundan qərar ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Şikayətçi "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1354/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1354/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver