Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1356/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, X3 Bakı Nəqliyyat Agentliyinin 08 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı Nəqliyyat Agentliyinin 08 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 20:26 radələrində idarə etdiyi “Volkswagen Tiguan” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə qısa müddətli Nizami rayonu, R.Rüstəmov küçəsində avtomobilini tərk etmədən yol kənarında saxlamaq məcburiyyətində qalmışdır. Ancaq ərazidə olan kameralar vasitəsi ilə görüntülərə baxdıqdan bir gün sonra ona sms ilə bildiriş gələrək avtomobilinin foto şəkli çəkilmiş və İXM-nin 346.1-ci maddəsi (dayanma qaydalarının pozulması) əsas götürülərək BNA ******* nömrəli elektron qərar yazılmışdır. Bir daha nəzərə çatdırır ki, göstərilən qərarlar ona rəsmi səkildə göndərilməmişdir, bu baradə elektron portaldan məlumat əldə etmisdir. Qeyd olunan qərar qanunazidd və əsassızdır. Hesab edir ki, göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin, 125.2.3-cü maddəsinin və Yol Patrul Xidməti haqqında təlimatın 3-1.6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Həmçinin, qeyd olunan qərar İXM-nin 122.1 və 124.5ci maddələrinin tələblərinə ziddir. Qanunvericiliyə görə, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin köməyi ilə aşkar edilən İXM-nin 346.1-ci maddəsi üzrə törədilmiş inzibati xəta üzrə yazılan elektron qərar qanuna ziddir. İXM-nin 124.6-ci maddəsi təfsir edilərkən aşağıdakı əsas məqamlara diqqət yetirilməlidir: inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmamalıdır; inzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsi ilə tərtib olunmalıdır. (BNA ******* saylı elektron qərar bort kompüter vasitəsi ilə yox, foto xüsusi texniki vasitə ilə tərtib olunmuşdur) Hər iki tələbdən aydın olur ki, idarə etdiyi avtomobilə yazılmış BNA ******* saylı elektron qərar qanuna ziddir. İdarə etdiyi və özünə məxsus olan “Volkswagen Tiguan” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı BNA ******* elektron protokol üzrə xx.xx.2022-ci il tarixli inzibati xəta barədə iş üzrə qanunsuz qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, qərardan şikayət vermiş X6 “Volkswagen Tiguan” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili 07 may 2022-ci il tarixdə saat 20:26 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 6-cı bəndinin tələbini pozaraq hərəkət hissəsinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlayaraq İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 08 may 2022-ci il tarixdə BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, avtomobilin saxlanıldığı ərazi nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulmamışdır, hərəkət hissəsinin kəsişməsidir. Təqdim etdikləri sübutlarla, o cümlədən fotoşəkillərlə inzibati xəta hadisəsinin mövcudluğu öz təsdiqini tapır, həmin xətaya isə X6 tərəfindən yol verilməklə əməlində inzibati xəta tərkibi vardır. Qəbul edilmiş qərar qanuni və əsaslıdır, ləğvi üçün əsaslar yoxdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 08 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkilə əsasən Nizami rayonu, R.Rüstəmov küçəsi- M.Şərifli küçəsində 07 may 2022-ci il tarixdə saat 20:26:57-də dayanma-durma qaydalarını pozduğuna görə, “Volkswagen Tiguan” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir; 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə, o cümlədən İXM-nin 124.6-cı maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilməmişdir. X5 məxsus nəqliyyat vasitəsinin Nizami rayonu, R.Rüstəmov küçəsi-M.Şərifli küçəsində dayandığına dair fotoşəkil qərara əlavə edilsə də, qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, inzibati xəta yerində aşkar olunmamış, X3 həmin yerdə məcburi dayanmasına səbəb olan, habelə inzibati xəta hadisəsini istisna edən hallar araşdırılmamış, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş, dayanma-durma qaydalarının pozulması ilə müşayiət olunan inzibati xətanın törədilməsini təsdiq və sübut edən sübutlar əldə edilməmişdir. Halbuki, qeyd olunan vaxt sürücü X6 nəqliyyat vasitəsinin içərisində, sükan arxasında olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun əməlində inzibati xəta tərkibi olmadığından, şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Nəqliyyat X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilməsinə dair 08 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1356/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1356/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver