Məhkəmə qərarları › İş №3(007)-1358/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1358/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1358/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, DİN BDYPİ-nin əməkdaşı tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Changan Honor minik” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ/3137585 nömrəli protokol üzrə xx xxxx 2020-ci il tarixdə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bundan başqa, Bakı şəhər BPİ DYPİ-nin əməkdaşı tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, nömrəsi olmayan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Changan Honor minik” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx xxxxxx 2020-ci il tarixli, EQ/3137585 nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gəlmədiyindən və onun barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarın nömrəsi olmadığından, DİN DYP-nin “web portal”ında identifikasiya tipi üzrə “FİN ilə axtarış”, “Protokolun nömrəsinə görə axtarış”, “Sürücülük vəsiqəsi ilə axtarış” zamanı Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli, EQ/3137585 nömrəli protokol və onun əsasında qəbul olunmuş qərar müəyyən edilməmişdir, ona görə həmin şəxsin törətdiyi əmələ görə təqsirlilik məsələsinə hüquqi qiymət verilməsi və ya cəriməni və dəbbə pulunu ödədiyi halda İXM-nin 529.3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş qaydada iş üzrə icraata xitam verilərək şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsasların olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün və bu hallar məhz məhkəmə baxışında müəyyən edildiyindən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər yenidən araşdırılması məqsədi ilə protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar