Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1358/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1958-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Arıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-555/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmuşdur. İnzibati işdə olan qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 555/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 07 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 555/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələb borclu Şəxs tərəfindən icra edilməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 555/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmuşdur. İcra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İcra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmiş, lakin Şəxs icra sənədi üzrə tələbi icra etməmişdir. Faktla bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-555/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, onun üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmuşdur. Alqı-satqı müqaviləsinin predmeti olan yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ondan asılı olmayan səbəbdən ala bilməmişdir. Buna görə də 02 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn öhdəliyi yerinə yetirə bilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işə əlavə olunmuş 02 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin 3.1-ci bəndindən görünür ki, birinci tərəf kimi Şəxs müqavilə bağlandığı gündən 2 ay müddətində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 260.7 kv.m olan yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nnümayəndəsi tərəfindən alınaraq, evin “ikinci tərəfə” satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin və torpaq sahəsinin “ikinci tərərf”in mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətanın predmeti olan, 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqısatqı müqaviləsinin şərtləri üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 260.7 kv.m olan yaşayış evinə dair zəruri sənədlərin mövcud olmaması səbəbindən Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-555/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə üzərinə qoyulmuş öhdəliyi icra etməməsi, onun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 07 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1358/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1358/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver