Məhkəmə qərarları › İş №3(007)-1361/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1361/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1361/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X7 iclas katibliyi ilə, Şikayətçi – X3, protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, Şikayətçi – X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X15 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində özünə məxsus Hundai Creta minik markalı ** NN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 61c ünvanında hərəkətdə olan zaman yolun sağında quraşdırılmış yol nişanının tələblərinə uyğun sola dönmüş və bir az hərəkət etdikdən sonra Yol Patrul xidməti inspektoru, polis baş serjantı X10 nəqliyyat vasitəsini dayandırmış, ona ufuqi nişanlama xəttinin tələblərini pozduğunu bildirmiş. O, etiraz edib dönmə yerində quraşdırılmış yol nişanını ona göstərsə polis serjantı ona məhəl qoymayaraq 60 manat və 3 bal cərimə olunacağını bildirmişdir. Lakin bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Həmin yol nişanı düz və sola məcburi dönmə işarəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə barəsində tərtib olunmuş protokol və qərarı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən götürmüşdür. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Odur ki, protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X8 məhkəməyə CD disk təqdim edərək, xx.xx.2023-cü il tarixdə X3 üfüqi nişanlama xəttinin tələblərini pozduğu üçün barəsində protokol tərtib olunduğunu, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, yolun sag hissəsində yerləşdirilmiş düzünə və ya sola hərəkət icazə verən yol nişanı, inzibati xətanın törədildiyi yerdə deyil, qarşıda olan yolun kəsişmə yerindən düzünə və sola hərəkət etməyə və ya geri dönməyə imkan yaradır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən X5 xx.xx.2023-cü il tarixdə, saat 16:38 radələrində “Hyundai Crets minik markalı” 99NN917 dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev prospekti, 61c ünvanında üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İş materiallarında olan və həmçinin sonradan məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən üfüqi nişanlama xəttinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Həmçinin qeyd olunmalıdır ki, X12 Qanunun 65-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən 4.1.1- 4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Hazırkı iş üzrə qeyd olunan düzünə və sola hərəkət etməyə icazə verən məcburi hərəkət istiqaməti nişanı 4.1.5 saylı olmaqla X12 Qanunun 65-ci maddəsinin 4-cü bəndinin təsiri altına düşür. Həmin qərar İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Belə ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. AR DİN Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, X5 həqiqətən də, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəat hadisəsini törətmişdir. AR DİN Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən yuxarıda qeyd edilən faktlar əsasında qanunauyğun olaraq xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar tərtib edilərək, X5 inzibati qaydada cərimə edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar