Məhkəmə qərarları › İş №3(007)-1362/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1362/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1362/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 3015/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs siyahıya alınmış 750 manat məbləğində əmlakının ixtisaslaşdırılımış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Şəxs dövlət büdcəsinə olan 750 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 769.3 manat və işsizlikdən sığorta fonduna olan 22.36 manat borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması 24 noyabr 2020-ci il tarixdə qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 389/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixə olan vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 1510 manat dəyərində olan əmlakın ixtisaslaşdırılımış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 1510 manat vergi borcu və 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə, 769.3 manat dövlət sosial sığorta haqqı tutularaq Dövlət Sosial Müdafiə Fonduna, 22.36 manat işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən Sığorta Fonduna ödənilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3741/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6233,28 manat məbləğində əsas borc, 51,7 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6284,98 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalıdır. İnzibati işdə olan qərarlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 3015/2020 saylı xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 389/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3741/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqələri Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədlərinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişlərdən görünür ki, icra sənədləri üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 07 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 3015/2020 saylı xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 389/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3741/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqələri borcunu ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 3015/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs siyahıya alınmış 750 manat məbləğində əmlakının ixtisaslaşdırılımış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Şəxs dövlət büdcəsinə olan 750 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 769.3 manat və işsizlikdən sığorta fonduna olan 22.36 manat borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması 24 noyabr 2020-ci il tarixdə qət edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 389/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixə olan vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 1510 manat dəyərində olan əmlakın ixtisaslaşdırılımış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 1510 manat vergi borcu və 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə, 769.3 manat dövlət sosial sığorta haqqı tutularaq Dövlət Sosial Müdafiə Fonduna, 22.36 manat işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən Sığorta Fonduna ödənilməli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3741/2021 saylı xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6233,28 manat məbləğində əsas borc, 51,7 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6284,98 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalıdır. İcra vərəqələri Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədlərinin icrasına başlanılmışdır. İcra sənədləri üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmiş, lakin borclu icra sənədləri üzrə müəyyən olunmuş tələbləri yerinə yetirmədiyinə görə faktla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 3015/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun siyahıya alınmış 750 manat məbləğində əmlakının ixtisaslaşdırılımış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Şəxs dövlət büdcəsinə olan 750 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 769.3 manat və işsizlikdən sığorta fonduna olan 22.36 manat borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması 24 noyabr 2020-ci il tarixdə qət edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 389/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, onun xx.xx.2020-ci il tarixə olan vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 1510 manat dəyərində olan əmlakın ixtisaslaşdırılımış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 1510 manat vergi borcu və 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə, 769.3 manat dövlət sosial sığorta haqqı tutularaq Dövlət Sosial Müdafiə Fonduna, 22.36 manat işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən Sığorta Fonduna ödənilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3741/2021 saylı xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən isə ondan "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6233,28 manat məbləğində əsas borc, 51,7 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6284,98 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalıdır. İcra vərəqələrinə əsasən ixtisaslaşdırılımış açıq hərracdan satılması üçün siyahıya alınmış əmlaklar onda deyildir. "xxxx" ASC-nə olan borcunu isə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 3015/2020 saylı xx.xx.2020-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113) 389/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqələri üzrə ixtisaslaşdırılımış açıq hərracdan satılması üçün siyahıya alınmış əmlakların Şəxs sərəncamında olmaması və onun həmin əmlakların satışına hər hansı maneçilik törətməsinin müəyyən edilməməsi həmin icra sənədləri üzrə inzibati məsuliyyəti istisna edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3741/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə münasibətdə isə qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərə əsasən, sözügedən icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilməmişdir. Halbu ki, “İcra Haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri hesab olunur. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Qeyd olunanlara əsasən, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 07 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar