Məhkəmə qərarları › İş №3(007)-1366/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1366/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1366/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanda vaqon-evdə yaşayan X2 xx.xx.2022-ci il tarixdə saat 09 radələrində istifadəsində olan vaqonun giriş qapısının kilidinin naməlum şəxs tərəfindən sındırılaraq oğurluq olması haqqında ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində X2 məskunlaşdığı ünvan 3 ünvanda yerləşən vaqon evin klidini sındıraraq 80 manat dəyərində adyalı oğurlaması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 08 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində X2 məskunlaşdığı ünvan 3 ünvanda yerləşən vaqon evin klidini sındıraraq 80 manat dəyərində adyalı oğurlamışdır. Fakt üzrə inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində onun məskunlaşdığı ünvan 3 ünvanda yerləşən vaqon evin klidini sındıraraq 80 manat dəyərində adyalını oğurlamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanda yerləşən vaqon evin klidini sındıraraq oradan 80 manat dəyərində adyalı oğurlamışdır. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu toplanmış sənədlərlə əlaqəli tədqiq edib, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ictimai işlər tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işlər cəzası ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar