Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1369/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 barəsində tərtib edilmiş MN nömrəli ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş şikayətdən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemoloji xidməti tərəfindən tərtib edilmiş MN nömrəli ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə, şikayəti və daxil olmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemoloji xidməti tərəfindən tərtib edilmiş MN nömrəli ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət vermişdir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Odur ki, X1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemoloji xidməti tərəfindən tərtib edilmiş MN nömrəli ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemoloji xidməti tərəfindən tərtib edilmiş MN nömrəli ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və sənədlər geri qaytarılsın. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1369/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1369/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver