Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1373/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi ilə, xx.xx.2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını, Baş Dövlət Yol Polisinin qanunsuz əməllərinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini və EQ ******* nömrəli elektron qərarı qəbul etmiş polis əməkdaşı və ya müşahidə kameralarına nəzarət edən polis əməkdaşı barəsində xidmətini düzgün mövqedə qurmadığına görə, peşəsinə, polisin nüfuzuna zərbə vurduğuna görə ciddi cəzalandırılması barədə qanuni qiymət verilməsini xahiş etmişdir. X2 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək EQ seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi ilə bağlı verdiyi şikayət ərizəsinin və əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 xx.xx.2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1373/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1373/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver