Məhkəmə qərarları › İş №3(007)-1375/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1375/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1375/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, hüquqi ünvanı Baki şəhəri ünvan 2bəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 345/2019-011 saylı xx.xx.2019-cu il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(011)-2749/18 saylı icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)- 3068/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)- 2862/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-10192/2017-ci il tarixli icra sənədi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 1869/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)- 10192/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)- 1548/2016 saylı icra sənədi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7196/2018 saylı xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 530/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən üzərinə qoyulmuş vəzifəni icra etməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Nizami rayon icra şöbəsinin icra məmuru X3 çıxış edərək bildirdi ki, "xxxx" MMC tərəfindən qeyd edilən vəzifələr yerinə yetirilməmiş, bu səbəbdən də MMC-nin direktoru barəsində protokol tərtib edilmiş, baxılması üçün Nizami rayon məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xətaya dair icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəməyə ünvanlanmış müraciətində qeyd edir ki, hal-hazırda MMC öz fəaliyyətini dayandırmışdır. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-nin ondan öncə olan fəaliyyətinə görə o məsuliyyət daşımamalıdır. İş materiallarında olan xx.xx.2022-ci tarixli qərara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 345/2019-011 saylı xx.xx.2019-cu il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(011)-2749/18 saylı icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)-3068/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)-2862/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-10192/2017-ci il tarixli icra sənədi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1869/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)-10192/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi, Xətai rayon məhkəməsinin 2(011)-1548/2016 saylı icra sənədi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7196/2018 saylı xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 530/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu icra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 61278 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan “icraata başlamaq” haqqında qərarlardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, "xxxx" MMC-dən icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə vəzifəli şəxslər üçün min iki yüz manatdan iki min beş yüz manatadək cərimə nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar