Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1384/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət X8 polis kapitanı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1997-ci ildə Kürdəmir rayonu, Xınıslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kürdəmir rayonu, Xınıslı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu ərazisində ünvanını bilmədiyi evdə kirayədə yaşayan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxx 2021-ci il tarixdə, saat 11:10 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan “Mercedes Benz C180” markalı, az ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində, ara məsafəsi qaydalarını pozmaqla “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, bildirdi ki, o, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında avtomobillərin park edilməsinə köməklik göstərir. Belə ki, xx xxxxx 2021-ci il tarixdə “Mercedes Benz C180” markalı, az ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü mərkəzin qarşısında sıxlıq olduğu üçün açarı ona təqdim edərək, avtomobili park etməsini bildirmiş, özü isə “Asan Xidmət” mərkəzinə daxil olmuşdur. Bundan sonra, o, avtomobilə əyləşib əvvəlcə geri, sonra irəli hərəkət etmiş, lakin səhvən qaz əyləcinə basmış və avtomobil X3 məxsus “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı heç kəs xəsarət almamışdır. Sonda o, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx xxxxx 2021ci il tarixdə, saat 11:10 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında idarə etdiyi “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomaşını park etmiş və salonda gözləmişdir. Bu vaxt arxadan “Mercedes Benz C180” markalı, az ** GH *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü onun avtomaşını ilə toqquşmuş və onun avtomobilinə ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, hadisəni törədən orada park edilməyə nəzarətçi olmuşdur. Həmin vaxt bədən xəsarəti alan olmamışdır. O, vurulmuş ziyanın ona ödənilməsini tələb edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət X8 polis kapitanı X4 bildirdi ki, Şəxs, xx xxxxx 2021-ci il tarixdə, saat 11:10 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan “Mercedes Benz C180” markalı, az ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində, ara məsafəsi qaydalarını pozmaqla “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində “Mercedes Benz E240” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 maddi zərər vurulmuşdur. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1384/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1384/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver