Məhkəmə qərarları › İş №3(007)-1386/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1386/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1386/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X6, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (007) 1808/2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 28 avqust 2015-ci il təvəllüdlü X5 və 15 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 02 iyun 2020-ci tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İnzibati işdə olan qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (007) 1808/2020-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş 10 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (007) 1808/2020-ci il tarixli icra vərəqəsi üzrə yığılmış 2000 manat məbləğində aliment borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X9 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (007) 1808/2020-ci il tarixli icra vərəqəsinə əsasən, 28 avqust 2015-ci il təvəllüdlü X5 və 15 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 02 iyun 2020-ci tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İcra sənədi Nizami rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilməklə müvafiq icra tədbirləri görülmüşdür. Lakin, Şəxs icra sənədi üzrə borcunu ödəmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (007) 1808/2020-ci il tarixli icra vərəqəsinə əsasən, 28 avqust 2015-ci il təvəllüdlü X5 və 15 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 02 iyun 2020-ci tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. İcra sənədi üzrə 2000 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəmək üçün vaxt verilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (007) 1808/2020-ci il tarixli icra vərəqəsinə əsasən, 28 avqust 2015-ci il təvəllüdlü X5 və 15 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 02 iyun 2020-ci tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İcra sənədi üzrə aliment borcu yaranmış və həmin borcu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, tələbkar X1 ərizəsindən görünür ki, sonuncu borclu Şəxs aliment borcunun ödənilməsi üçün vaxt verilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda tələbkar X1 ərizəsi və borclu Şəxs borcun ödənilməsi ilə bağlı göstərdiyi təşəbbüs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 10 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar