Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1395/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X1 və X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 fevral 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 206142.24 avro məbləğində olan vəsaiti bank hesabından 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 11 fevral 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, AR Mərkəzi Bankı tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibatı xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda 206142,24 avro məbləğində pul vəsaitinin 10 fevral 2022-ci il tarixdə xaricə köçürülməsi, lakin 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və ya həmin valyuta vəsaitinin geri qaytarılmaması qeyd edilmişdir. Aşağıda qeyd olunan hallara əsasən hesab edirlər ki, işin halları bank tərəfindən tam və hərtərəfli araşdırılmamış və nəticədə Cəmiyyət barəsində hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. İlkin olaraq məhkəmənin diqqətinə çatdırır ki, Şəxs MMC ilə Avstriyanın "xxxx" GMBH Şirkəti arasında “distribüsiya” müqaviləsi imzalanmış və müqaviləyə uyğun olaraq: ********* nömrəli invoys sənədinə əsasən - 41.480,40 avro, ********* nömrəli invoys sənədinə əsasən - 41.480,40 avro, ********* nömrəli invoys sənədinə əsasən - 41.480,40 avro, ********* nömrəli invoys sənədinə əsasən - 41.480,40 avro, ********* nömrəli invoys sənədinə əsasən - 40.220,64 avro olmaqla ümumilikdə 206142,24 avro dəyərində məhsullar Satıcıya sifariş verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq malların dəyəri - 206142,24 avro məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixli 41760 nömrəli köçürmə sənədinə əsasən Satıcının bank hesabına köçürülmüşdür. Buna uyğun olaraq: **********3172 sorğu nömrəli ygb üzrə - 41.480,40 avro, **********4049 sorğu nömrəli ygb üzrə - 41.480,40 avro, **********9258 sorğu nömrəli ygb üzrə - 41.480,40 avro, **********3093 sorğu nömrəli ygb üzrə - 41.480,40 avro, **********3162 sorğu nömrəli ygb üzrə - 40.220,64 avro olmaqla, qeyd olunan 5 gömrük bəyannaməsi üzrə ümumilikdə 206142,24 avro dəyərində mallar ölkəyə idxal olunmuşdur. İşin hallarından və təqdim olunan sübutlardan da göründüyü kimi, dəyəri ödənilən mallar tam şəkildə ölkə ərazisinə göndərilmişdir. Lakin bu hallar bank tərəfindən yoxlanılmalı olduğu halda heç bir yoxlama aparılmaması alıcı barəsində hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən hesab edirlər ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Təqdim olunan sənədlərdən göründüyü kimi, alqı-satqı və ödəniş əməliyyatları müvafiq qanunun və qərarın tələblərinə uyğun şəkildə aparılmışdır. Hesab edirlər ki, hazırkı fakt üzrə AR İXM-nin 430.4-cü maddəsinin tərkib hissəsi olmadığından, dəyəri ödənilmiş mallar tam şəkildə və vaxtında ölkə ərazisinə gətirildiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan xüsusatları nəzərə alaraq, icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərin yoxlanılması ilə yazılı etirazda qeyd olunan halların öz təsdiqini tapdığını göstərmiş və iş üzrə icraata xitam verilməsinə etirazları olmadığını göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X3 və X4 yazılı etirazın dəlillərini müdafiə edib, etirazda qeyd olunanlara əsasən və təqdim etdikləri sübutları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “Bank VTB (Azərbaycan)” ASC vasitəsi ilə 10 fevral 2022-ci il tarixdə 206142.24 avro məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC 206142.24 avro məbləğində olan vəsaiti bank hesabından 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində həmin pul vəsaiti hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyindən və bununla da inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1395/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1395/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver