Məhkəmə qərarları › İş №3(007)-1400/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1400/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1400/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Nizami rayonu Qara Qarayev prospekti ilə istifadəsində olan VAZ 2121 markalı **-BR-***dövlət qeydiyyat nişanlı hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə protokol tərtib olunmuş, xx.xx.2024-cü il tarixdə isə elektron qərar çıxarılmışdır. X6 Məcəlləsnin 342.2.4 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokolun tərtib olunmasına etiraz edərək bildirmişdir ki, 342.2.4cü maddə nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi halına görə cəzadır, onun avtomobilində isə arxa ban şüşədə plyonka olmuş, Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarına əsasən minik avtomobillərinin arxa ban şüşəsinə plyonka və jalüz quraşdırılmasına yol verilir. Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində çıxarılan qərar tamamilə qanunsuzdur. Məhz bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Emil Qanbayev məhkəmə iclasında çıxış edərək bildirdi ki, işin hallarını aydınlaşdıran sübutların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır, qeyd olunan səbəbdən qərarın ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İsarəsinə geri qaytaılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri X12 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə Nizami rayonu Qara Qarayev prospekti ilə istifadəsində olan VAZ 2121 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında çıxarılmışdır. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, AR-sı DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qeyd edilən hallar araşdırılmalı olduğundan ləğv edilərək Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar