Məhkəmə qərarları › İş №3(007)-1401/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1401/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1401/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 vəkili, “Sirius” vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 38 ünvanında qeydiyyatda olmaqla fəaliyyət göstərən "xxxx" MMC-nin direktorudur. Rəsmi qeydiyyat ünvanı ünvan 1 ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 38 ünvanıdır. 27 may 2022-ci il tarixdə X9 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi X10 "xxxx" MMC-nin direktoru olaraq onun barəsində iştirakı və xəbəri olmadığı halda inzibati xəta üzrə işə baxaraq 27 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, onu İnzibati Xətalar Məcəlləsinin 192.4cü və 114.1.1-ci maddələrinə əsasən 1000 manat məbləğində cərimə etmişdir. Həmin qərarda deyilir ki, X7, X4 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyi ilə nəzərdə tutulan müavinət və digər ödənişlərinin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermişdir. Həmin qərar hələ də onlara rəsmi qaydada təqdim edilmədiyi kimi, aşağıdakılar səbəbi ilə qanunsuz olduğunu hesab edirlər. Həmin qərar onların iştirakları olmadan və iclas barədə onlara rəsmi bildiriş göndərilmədən, özlərini müdafiə etmək imkanından onları məhrum edərək 27 may 2022-ci il tarixdə qəbul edilmişdir. Bu qərarla İXM-nin 60-cı maddəsinin tələbləri pozulmuş, işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Qərarda göstərilən “X7, X4 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyi ilə nəzərdə tutulan müavinət və digər ödənişlərinin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermişdir” əsaslandırması inzibati xəta ilə bağlı qanunvericiliyin tələblərinə ziddir. Hesab edir ki, X4 əmək və məzuniyyət haqlarının gec hesablanması və ödənilməsində təqsirli deyil. Belə ki, firma olaraq 2022-ci ilin yanvar ayından bəri satdıqları bir çox malın pulunu ala bilmədikləri üçün bank hesablarına vəsait daxil olmamışdır. Yəni, X6 ödəməli olduqları əmək haqqı və məzuniyyət pulu bank hesabında vəsait olmadığı səbəbilə vaxtında ödəyə biməmişlər. Bu səbəblə hesab edir ki, bu gecikmə səbəbi ilə onlar təqsirli deyil. Ona görə də barələrində verilmiş qərarı qanunsuz hesab edirlər. "xxxx" MMC-nin direktoru kimi barəsində X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X10 tərəfindən tərtib olunmuş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək eyni məzminlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC-nin hesabında pul vəsaiti olmadığı üçün şikayət olunan dövrdə işçiyə əmək haqqı və ya digər ödənişlərin edilməsi mümkün olmamışdır, işçi MMC-nin işçisi olduğuna görə əmək haqqı və ya hər hansı zəruri ödənişlər də köçürmə yolu ilə, MMC-nin bank hesabı vasitəsi ilə ödənilməlidir. Ona görə hesab edirlər ki, bu problemlə bağlı MMC rəhbərliyinin təqsirli bilinərək inzibati qaydada tənbeh, cərimə edilməsi ədalətsiz olmuşdur. MMC-nin özünün kifayət qədər alacaqları var, lakin ala bilmir. MMC rəhbərliyinin mübahisləndirilən məsələdə təqsiri olmadığından və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol barəsində icraat aparılan X5 göndərilmiş, işə baxılmasında iştirak üçün dəvət olunmuşdur, bunu təsdiq edən poçt sənədləri də vardır, məhkəməyə təqdim edilmişdir. X1 22 sentyabr 2021ci il tarixdən 16 aprel 2022-ci il tarixədək "xxxx" MMC-də “Sorğu aparan mütəxəssis” vəzifəsində çalışmasına baxmayaraq, çalışdığı dövr ərzində 2022-ci ilin mart, aprel ayları üzrə əmək haqqının və əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesab ödənişinin ödənilməməsi barədə X9 Xidmətinin qaynar xəttinə etdiyi müraciət əsasında inzibati icraat başlanmışdır. İnzibati araşdırma zamanı "xxxx" MMC-nin bank hesablarının yoxlanılması mümkün olmamışdır, lakin toplanmış sübutlara və tərtib olunmuş protokola baxılaraq MMC-nin vəzifəli şəxsi X2 inzibati qaydada tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Qərar qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -X4 X9 Xidmətinin qaynar xəttinə etdiyi müraciətin qeydə alınmış məzmunundan görünür ki, o, 22 sentyabr 2021-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək "xxxx" MMC-də “Sorğu aparan mütəxəssis” vəzifəsində çalışdığını, çalışdığı dövr ərzində 2022-ci ilin mart, aprel ayları üzrə əmək haqqı və əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesab ödənişi ödənilmədiyini bildirmiş, həmin məsələnin araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X11 tərəfindən qəbul olunmuş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 16 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X7 barəsində 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin vəzifəli şəxsi, MMCnin direktoru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına və onun inzibati qaydada tənbeh edilməsinə, X4 22 sentyabr 2021-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək "xxxx" MMC-də “Sorğu aparan mütəxəssis” vəzifəsində çalışmasına baxmayaraq, çalışdığı dövr ərzində 2022-ci ilin mart, aprel ayları üzrə əmək haqqının və əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesab ödənişinin ödənilməməsi barədə X9 Xidmətinin qaynar xəttinə etdiyi müraciət əsas olmuşdur. Qeyd olunan müraciət əsasında aparılan araşdırma nəticəsində 16 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X11 tərəfindən baxılaraq qəbul olunmuş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X7 barəsində 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 112.1.1-112.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir; Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən protokola baxılması və qərarın qəbul edilməsi zamanı barəsində icraata aparılan X2 iştirakı təmin dilməmişdir. Qərarı qəbul etmiş orqanın nümayəndəsi bu haqda barəsində icraat aparılan şəxsə məlumat verildiyini bildirib təsdiqedici sənədləri təqdim etsə də, həmin sənədlər poçt göndərişini təsdiq edən sənədlərdir, çatdırılma və ya bunun mümkünsüzlüyü barədə sənəd mövcud deyildir və ya barəsində icraat aparılan şəxs onun iştirakı olmadan işə baxılmasına dair vəsatət verməmişdir. Barəsində icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasının nəticəsidir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmiş, şəxsin işin faktiki halları üzrə izahat verməsinə və dəlillərini, sübutlarını təqdim etməsinə şərait yaradılmamış, verilə biləcək mümkün vəsatətlərə baxılaraq qərar qəbul olunması təmin edilməmişdir. Belə ki, barəsində icraat aparılan X2 izahına görə, X4 əmək və məzuniyyət haqlarının gec hesablanması və ödənilməsində təqsirli deyildir, belə ki, firma olaraq 2022ci ilin yanvar ayından bəri satdıqları bir çox malın pulunu ala bilmədikləri üçün bank hesablarına vəsait daxil olmamışdır. Yəni, X6 ödəməli olduqları əmək haqqı və məzuniyyət pulu bank hesabında vəsait olmadığı səbəbilə vaxtında ödəyə biməmişlər. Göründüyü kimi, barəsində icraat aparılan şəxsin irəli sürdüyü dəlil kifayət qədər tutarlıdır, lakin bunun üçün həmin dəlil ətraflı araşdırılmalı, müvafiq dövrdə "xxxx" MMC-nin bank hesablarında vəsaitin olub-olmadığı və bunun, işçi X6 ödənilməli olan əmək haqqı və məzuniyyət pulunun müəyyən olunmuş vaxtda ödənilməsinə təsir göstərib-göstərmədiyi məsələsi yoxlanılmamış, buna uyğun nəticəyə gəlinməsi təmin edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, MMC-nin vəzifəli şəxsi X2 inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tədbiri tətbiq olunması qanuni və əsaslı hesab oluna bilməz, ona görə də iş üzrə yenidən araşdırma aparılmalı, bu zaman Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyi yoxlanılmalı və hüquqi qiymət verilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 16 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, 16 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar