Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1401/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir İş materiallarında olan MN ******* saylı, 20 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Şəxs MMC-də keçirilmiş YTM zamanı obyektdə YTQ-01-2001 bənd 5.3; 10.4; 8.4 və YTQ-01-2012 bənd 9.2.13 nöqsanları aşkar edilmişdir. Nəticədə, Şəxs MMC-nin mağazası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin nümayəndəsi X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən "Azpetrol Ltd.” MMC tərəfindən tərtib olunmuş protokolda "Azpetrol Ltd.” MMC (H.Əliyev pr.105 YDM) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Qanunvericiliyin imperativ normasından göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə inzibati icraat aparılarkən inzibati xəta mövcuddursa, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə icraat üzrə, həmin məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda, şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən qanunvericiliyin tələbinə əsasən, əgər hüquqpozma mövcuddursa, onun aradan qaldırması üçün əvvəlcə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməli olduğu halda bunu etməmiş, birbaşa məhkəməyə müraciət olunmuşdur. Həmçinin 1246 nömrəli, xx.xx.2024-cü tarixli müayinə aktında qeyd edilmiş nöqsanlar şirkətin sözügedən məntəqəsində mövcud deyil. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Qeyd olunanlarla bağlı X7 İdarəsinin nümayəndəsi X2 qeyd etdi ki, hüquqi şəxs barəsində hər hansısa inzibati tənbeh tədbiri, o cümlədən inzibati cərimənin tətbiq olunması yalnız məhkəmənin səlahiyyətindədir. Həmçinin bildirdi ki, Heydər Əliyev prospektində yerləşən Şəxs MMC-ə aid yanacaq doldurma məntəqəsində aşkar olunmuş pozuntular yerində çəkilmiş fotoşəkillərlə sübut olunur. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Yanğın-Texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 20 fevral 2024-cü il tarixli, 1245 saylı qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Şəxs MMCyə məxsus yanacaq doldurma məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektin pilləkən qəfəsliyinin altının hörülərək bağlanması, obyektdə mövcud olan odsöndürən balonların bir qisminin tərkibinin yenilənməməsi, obyektdə mövcud olan yanğın su kranlarının rəflərinin nömrələnərək möhürlənməməsi, obyektin ərazisinə yaxınlaşan avtomobillərə mühərrikləri söndürülməmiş xidmət göstərilməsi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, strateji cəhətdən mühüm olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən yanacaq doldurma məntəqəsində qeyd olunan pozuntuların aşkar olunması faktı, həmin pozuntuların ətrafdakı insanların həyatını və obyektlərin fəaliyyətini təhlükə altına qoymasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq olunması vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir; “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tərkibi var və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1401/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1401/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver