Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1402/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət verən X4 və qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi X5 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi məhkəməyə vəsatətlə müraciət edərək qeyd olunan qərarı xx.xx.2025-ci il tarixdə Nizami rayon DYPŞ-dən əldə etdiyini bildirmiş və bu səbəbdən qərardan şikayət vermə müddətini ötürdüyünü qeyd etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq qərardan şikayət vermə müddətini bərpa etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə öz avtomobili ilə Məlhəm Hospitalın qarşısı ilə hərəkət edərkən yol ayrıcına çatdıqda işarənin tələbinə uyğun olaraq sağda bas yoldan maşın hərəkətdə olmadığı üçün sola dönmə hərəkəti edərkən qarşı tərəfdən gələn 77SH947 dövlət qeydiyyat nişanlı KİA FORTE avtomobili ilə toqquşmuşdur. Qarşı tərəfin düz hərəkəti qadağan olunduğu üçün o sərbəst sola dönüş edərkən toqquşmuşlar. Digər maşın salıibi ona yaxınlaşaraq üzrxahlıq edib 150 manat pul təklif etdi ki, DYP-nin əməkdaşı çağırmadan hadisə yerindən kənarlaşaq. Lakin o hadisəyə düzgün qiymət verilməsi üçün 102 xidmətinə məlumat vermiş və DYP-nin əməkdaşının göndərilməsini xahiş etmişdir. Hadisə yaxınlaşan DYP-nin əməkdaşı polis kapitanı X7 olmuşdur. Hadisə yerinə baxış keçirdikdən sonra hər ikisini polis bölməsinə dəvət etmiş, hər ikisindən izahat aldıqdan sonra yenidən hadisə verinə qayıdarq baxış keçirtmişdir. DYP-nin əməkdaşı ona bildirdi ki, sığorta ilə bağlı arayışı elektron qaydada 10 gün müddətinə göndəriləcək. O sığortaya getdikdə isə heç bir arayışın göndərilmədiyi bəlli olmuşdur. Barəsində çıxarılmış qərarın qanunsuz və əsassız olmasını nəzərə alaraq Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi X7 məhkəmə iclasında çıxış edərək şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Qeyd etdi kİ, sürücü Həsənov Elmin tərəfindən qayda pozuntusuna yol verilmiş, belə ki, o sola dönmə əməliyyatı etmədən öncə qarşıdan gələn və düzünə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsünə yol verməli olduğu halda, yol verməmiş və hərəkətinə davam etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, digər nəqliyyat vasitəsinin sürücüsü məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2025-cü il tarixdə istifadəsində olan X12 minik markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar araşdırılarkən X1 iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əks istiqamətdə hərəkətdə olan 77SH947 dövlət qediyyat nişanlı KİA FORTE nəqliyyat vasitəsinin sürücüsü “YOL VER və SAĞA DÖN” yol nişanının tələbinə riayət etmədən düzünə hərəkət etmiş və X4 idarə etdiyi X12 markalı 77NK748 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qeyd olunan vəziyyətdə digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol nişanının tələbinə riayət edilməməsinə baxmayaraq barəsində tədbir görülməmişdir. Qeyd olunan halların araşdırılması məqsədilə,məhkəmə belə qənaətə gəlir ki, Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilərək, yenidən araşdırılması üçün Nizami rayon DYPŞ-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Nizami rayon DYPŞ-ə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1402/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1402/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver